Əməkdar artist Manana Çaparidze ailəsi barədə danışıb. Lent.az-ın məlumatına görə, müğənni "Show news" verilişinə bildirib ki, xoşbəxtdir:
"Nə yaxşı Gürcüstanda doğulub, Azərbaycanda tanındım. Sevilirəm... Hər gün bu sevgi ilə yaşayıram. Mənim də həyatımda qəm, kədər olur. Amma medalın yaxşı tərəfini izləyirəm. İnsanlar məni görəndə elə sözlər deyirlər ki, utanıram. Anama yaxınlaşırlar ki, çox sağ ol, belə qız böyütdün. Qürurla deyirəm, anama, atama təşəkkür edirəm Atam dünyasını dəyişsə də, anam hər an yanımdadır. Ailəmlə xoşbəxtəm: həyat yoldaşım və balalarım var".