Müğənni İzzət Bağırzadə pulsuzluqdan şikayətlənib. Lent.az-ın məlumatına görə, ifaçı "5/5" verilişində danışıb:
"Martın 14-dən indiyənə kimi bir manat pul qazanmıram. Sosial şəbəkədə ən çox bizim üstümüzə düşürlər. Amma bütün günü evdə otururam. Gündə bir dəfə 15 dəqiqəlik marketə gedib qayıdıram. Üç oğlum var, həyətə düşmək, oynamaq, dənizə, istirahətə getmək istəyirlər. Amma qoymuram.
Rayonlara gedənlər də bilinmir hansı yolla gedir. Amma ifşa edilirlər. Karantindirsə, hamı üçün karantindir. Gizlin gedib istirahət edirlər, utanmadan paylaşırlar və evdə oturanlarda da qıcıq yaradırlar".