Tanınmış müğənni İbrahim Borçalıya ağır itki üz verib.
Lent.az-ın məlumatına görə, ifaçının yeganə 20 yaşlı oğlu Rəhim avtomobil qəzasında vəfat edib. Bu barədə şairə-aparıcı Nazilə Səfərli sosial şəbəkədə paylaşım edib.
Qeyd edək ki, hadisə Bakıya qayıdarkən Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində baş verib.