Flora Kərimova qudasından danışdı: "Bizə çay lazım deyil..."
29 mart 2020 14:24 (UTC +04:00)

Flora Kərimova qudasından danışdı: "Bizə çay lazım deyil..."

Xalq artisti Flora Kərimova övladları barədə danışıb. Lent.az-ın məlumatına görə, müğənni "Gəl, qonaq ol!" verilişində bu sözləri deyib :

"Bəzən oğluma deyirəm ki, mən gedirəm Notariat Kontoruna. Vəsiyyətimi yazacam. Övladlarıma naz edirəm. Bu sözlərdən sonra diqqət daha da çox olur. (Gülür) Hər gün bir-birimizlə əlaqə saxlayırıq. Oğluma görə elçi getdiyim gün yadıma düşür. Qızımla ikimiz getdik. Qapını döydüm, oğlumun qayınanası qapını açdı. Dedim ki, elçi gəlmişik, şirin çay gətirin içək. Qudam da dedi ki, gözləyin, çay gətirək. Cavabında dedim ki, bizə çay yox, şirin çay lazımdır. Şirin çay da gəldi. Şükürlər olsun ki, oğlum bu gün xoşbəxtdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1029
avatar

Yalçın UĞUR

Oxşar yazılar