Əməkdar artist Elza Seyidcahan aparıcı Zaur Baxşəliyevdən kömək istəyib.
Lent.az-ın məlumatına görə, "Bizimləsən" verilişində qonaq olan müğənni bildirib ki, dəfələrlə yol hərəkəti qaydalarını pozduğu üçün cərimələri 5500 manata çatıb:
"Proqrama taksi ilə gəlmişəm. Avtomobilim cərimə meydançasındadır. Tıxaclarda oluruq, dövlət tədbirləri, konsertlərə çatmaq istəyirik. O zaman polis əməkdaşları bizə kömək göstərir. Lakin radar bizə güzəşt etmir, yazır. Sığortaya da getməmişəm, faizlər gəlib. 5500 manat cəriməm yığılıb, 3 min ödəmişəm. Yerdə qalanı da Zaur Baxşəliyev həll etsin. Zaur dədə ".