Tanınmış azərbaycanlı aktyor Allahverdi Yolçuyev "Evdəkilərə salam" verilişində qonaq olub.
Lent.az-ın məlumatına görə, ilk dəfə evində çəkilişə icazə verən aktyor şəxsi həyatından söz açıb. O, bildirib ki, xoşbəxtdir:
"Ailə qurduğum xanım doğma xalam qızıdır. Bir-birimizi yaxşı başa düşürük. Mən xoşbəxtəm. Deyirlər ki, 3 qızı olan cənnətə düşür. Mənimsə 4 qızım var. Kürəkənlərimi isə özümə oğul bilirəm".