Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur - MN
23 oktyabr 2020 10:45 (UTC +04:00)

Azərbaycan Ordusu mülki əhalini və infrastrukturu atəşə tutmur - MN

Dağlıq Qarabağ ərazisindəki Ağdərə, Xocavənd və Qırmızı Bazar yaşayış məntəqələrinin guya Azərbaycan Ordusu tərəfindən atəşə tutulması barədə Ermənistanın yaydığı xəbərin heç bir əsası yoxdur və yalandır.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, tam əksinə, oktyabrın 23-ü gecə ərzində və bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi intensiv atəşə tutulub.

Humanitar atəşkəs rejiminə əməl edən qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü saxlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 790
avatar

Yalçın UĞUR

Oxşar yazılar