Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial şəbəkədə yeni şəkillərini paylaşıb.
Lent.az-ın məlumatına görə, ifaçı paylaşımında bu szöləri qeyd edib:
"Dostlar, sizinlə bölüşmək istədiyim şeylər var. “Dəniz ver” mahnısını dənizlər qapalı olduğu zaman hazırlamışdıq... Uzun müddət davam edən karantin rejimi hər birimizi yordu. Çətindir, bilirəm... Metrolar belə qapalıdı. Bəlkə metro ilə bağlı bir mahnı hazırlayaq?! Necə düşünürsüz?”