66 yaşlı Zerrin Özer  evlənmək istəyir
26 avqust 2024 17:15 (UTC +04:00)

66 yaşlı Zerrin Özer evlənmək istəyir

Uzun müddətdir psixoloji problemləri olduğuna görə, səhnələrdən uzaq qalan türkiyəli məşhur müğənni Zerrin Özer səhhəti ilə bağlı açıqlama verib.

 Lent.az-ın xəbərinə görə, sosial şəbəkə hesabında izləyicilərin suallarını cavablandıran müğənni beyninin sağ yarımkürəsindəki damarlardan ikisində daralma olduğu üçün  çox əziyyət çəkdiyini bildirib.

“Başım hərlənirdi, yeriyəndə sərxoş kimi yeriyirdim, indi də yerişim düzəlməyib. Üzüm iflic oldu və əyildi. Uzun müddət müalicə aldım, indi özümü bir qədər yaxşı hiss edirəm. Tam sağalım. Səhnələrə geri dönəcəm” deyə o bildirib.

Müğənni qeyd edib ki, həyatı haqqında bioqrafik film çəkilməsini arzu edir.

“Belə bir film olsa sevinərəm. Mənim obrazımı Serenay Sarıkaya canlandırsın istəyərdim. Onu çox sevirəm”  deyib.
66 yaşlı müğənni yenidən evlənmək arzusunda olduğunu da dilə gətirib.

“Mən sevgi qadınıyam. Aşiq olsam evlənəcəm” deyərək izləyicilərini təəccübləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3981
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar