61 yaşlı Bred Pitt soyundu
14 fevral 2025 11:47 (UTC +04:00)

61 yaşlı Bred Pitt soyundu

Hollivud aktyoru Bred Pitt kamera qarşısına keçərək soyunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Warner Bros. Pictures şirkəti Bred Pittin baş rolda olduğu “Formula -1” filminin tizerini yayıb. Kadrların birində 61 yaşlı aktyor divanda köynəksiz uzanaraq çoxsaylı döymələrini nümayiş etdirib. Sənətçi ağ şalvar və çəkmə geyinib.

Bred Pitt və onun keçmiş həyat yoldaşı Ancelina Colinin altı övladı var: oğulları Meddoks Şivan, Paks Ten və Noks Leon və qızları Zahara Marli, Şaylo Nuvel və Viven Marşelin. Hamısı əvvəlcə Coli-Pitt soyadını daşıyırdı, baxmayaraq ki, yalnız üçü - Şaylo, Noks və Viven - Ancelina və Bred Pittin bioloji övladlarıdır.

2016-cı il sentyabrın 19-da Coli boşanmaq üçün məhkəməyə müraciət edib.

Dekabrın 31-də “People” jurnalı Bred Pitt və Ancelina Colinin boşanmalarını yekunlaşdırmaq üçün razılığa gəldiyini bildirib. Jurnalistlərin sözlərinə görə, ulduzlar dekabrın 30-da boşanma sənədləri imzalayıblar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar