Amerikalı musiqi prodüseri LX Xander yeddinci məşuqəsini axtarır. Bu barədə “Daily Mirror” məlumat yayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, musiqiçinin artıq altı məşuqəsi var və hamısı bir-biri haqqında bilir, bir-biri ilə ünsiyyət qurur və tez-tez onunla görüşür.
“Ənənəvi monoqamiya mənə və bir insan kimi fəaliyyət göstərməyimə o qədər də uyğun gəlmir. Bütün sevgi və hissləri tək bir insana saxlamaq mənim üçün deyil” deyə prodüser bildirib.
LX Xanderin dediyinə görə, o, həmişə yeni sevgililər axtarır və onların sayı ondan az olana qədər dayanmağı planlaşdırmır. Həmçinin, o, 10 qız ilə sevgili olmağın da asan olmayacağını düşünür.
Musiqiçi etiraf edir ki, bir çoxları onun həyat tərzini bəyənmir, eşitdiyi tənqidlərin 90 faizi kişilərdən gəlir.