"Ürəyimcə olmayan musiqilər oxumağı sevmirəm. Hərdən konsertlərimdə pop musiqilər oxuyuram və ağlımdan o an yalnız bir fikir keçir. "Bu mənim heç ürəyimcə deyil”
Lent.az-ın xəbərinə görə, bu fikirləri müğənni Çingiz Mustafayev teleproqramlardan birində səsləndirib.
O bildirib ki, bu səbəbdən tamaşaçılarını itirməkdən qorxmur.
“Qorxsaydım, gedib Hindistanda yaşamazdım. 6 ay ayaqyalın gəzdim. Təbiətlə, özümlə baş-başa qalmağı, özümü dinləməyi, özümü inkişaf etdirməyi seçdim”, - o söyləyib.