Bu gün müğənni Təranə Qumral yeni doğulmuş oğlu Canı canlı yayıma çıxarıb. Təranə Qumralın daima efirdə olduğunu nəzərə alsaq, onun birdən-birə ana olması xəbəri hamıya maraqlı görünüb.
Lent.az-a açıqlama verən Təranə Qumral bildirib ki, uşaq onun özünündür.
“Zarafat etmirdim. Zarafatla ana olurlar? Öz uşağımdır”,- deyə o bildirib.
 “Körpə surroqat ana köməyi ilə dünyaya gəlib?” sualına Təranə Qumral “yox” cavabı verib.
Xatırladaq ki, bir neçə ay öncə Təranə Qumral canlı yayımda “biz cavanıq, yenidən ana- ata olmaq istəyirik”  demişdi.
 
                 
                             
    