Əsl adı Çoy Vi-sunq olan məşhur Cənubi koreyalı müğənni Visunq paytaxt Seulda öz evində ölü tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, 43 yaşlı sənətçinin cəsədini anası aşkar edib. Qadın təcili yardıma zəng vurub və onlar gələrək Visunqun öldüyünü müəyyən ediblər.
Ölümün səbəbinin ürək dayanması olduğu güman edilir. Polis həmçinin sənətçinin ölümünün zorakılıq olduğuna dair heç bir əlamət tapmayıb.
Qeyd edək ki, Visunq əvvəllər məhkum edilib. 2021-ci ildə o, bir vaxtlar müğənni Maykl Ceksonun ölümünə səbəb olan güclü anestezik olan propofoldan istifadə etdiyinə görə iki illik sınaq cəzasına məhkum edilib. Bir il əvvəl Visunq iki dəfə huşsuz vəziyyətdə tapılıb. Daha sonra ifaçının yanında narkoz üçün istifadə olunan anesteziya vasitəsi olan etomidat qalıqları olan şprislər və flakonlar aşkarlanıb.