Şəxsi həyatları ilə gündəmə gəlməyən Aslışah Alkoçlar və Kaan Demirağ cütlüyü dəbdəbəli hədiyyələri ilə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ikinci körpəsinə hamilə olan "Yeşilçam" ulduzu Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlara əri 1,5 milyon dəyərində hədiyyə verib.
İş adamı Kaan Demirağ həyat yoldaşı Aslışaha Yeni il hədiyyəsi olaraq briliyant qolbaq alıb. O, həmin qolbağa 1.5 milyon lirə ödəyib. Cütlük yeni ili İstanbulda yaxın dostları ilə keçirib.