Röya və Rəhim Rəhimli fındıq yığmağa gedirlər
Tanınmış müğənnilər Röya Ayxan və Rəhim Rəhimlinin avqustun 11-də Zaqatala rayonunda keçirilməsi nəzərdə tutulan “R&R şou” adlı konsert proqramının vaxtına dəyişiklik edilib. Röya Ayxanın prodüseri Kənanın Lent.az-a verdiyi məlumata görə, bunun səbəb konsertin təşkili üçün bir sıra çatışmazlıqların yaranması olub: “İstəyirik konsert daha mükəmməl olsun. Ona görə də hazırlıqları tam başa çatdırmaq üçün konsertin vaxtını bir gün sonraya dəyişdik. Konsert ayın 12-də olacaq”.
Kənan onu da əlavə edib ki, həmin tarixdə bu rayonda ənənəvi fındıq yığımı günləri başlayacaq. Keçirilən sorğu əsasında zaqatalalıların əksəriyyəti məhsul bayramında məhz zəhmətkeş ulduzlar Rəhim Rəhimli və Röya Ayxanın konsert vermələrini istəyiblər.

1936