Rəqqasə Oksana: “Əcəb eləmişəm, öz həyatımdır, özüm bilərəm”
Rəqqasə Oksana bu gün mətbuat nümayəndələri ilə görüşüb. Rəqqasə həyat yoldaşı Haqay Avenilovun onların evli olması və rəqqasənin bir müddət xəstəxanada psixiatr nəzarəti altında müalicə olunması barədə üzə çıxardığı sənədlər və açıqlamalara aydınlıq gətirmək üçün mətbuat konfransı keçirib.
Əvvəlcə evli olduğunu təkzib etməyə cəhd göstərən rəqqasə sonradan açıqlama verib: “Əsəb sistemimdə çox böyük pozğunluqlar oldu, Rusiyada idim, noyabr ayında müalicə olundum. Hər bir insan kimi depressiya vəziyyətində müalicə aldım. Burda nə var ki, depressiyada olan hər insan həkimə müraciət edir. Mən boşanmaq istəyirdim, o, razı deyildi. Aldandım və sonra başa düşdüm. Psixoterapevtimin nömrəsini də sizə verə bilərəm. Burda da mənim psixoterapevtim var. Mənim epilepsiyam var, belə xəstələr psixiatrik xəstəxanada müalicə olunur. Nevrozlar da ora gedir. Bu, normaldır. İstəmirdim epilepsiya problemimin olduğunu deyim. O, mənim adımdan bir neçə şəxsi “facebook” səhifəsinə yazır”.
Rəqqasə mətbuat nümayəndələrinin məntiqi sualları qarşısında aciz qalıb. Çıxılmaz vəziyyətdə olduğunu başa düşən Oksana hər şeyi boynuna almaqla yanaşı, etdiyi hərəkətlərdən peşman olmadığını da dilə gətirib: “Əcəb eləmişəm, öz həyatımdır, özüm bilərəm. Mən onda istədiyim kişiliyi görmədim”.
Tədbirdə iştirak edən Elşad Xose də sevgilisini müdafiə edib: “O kişi deyildi, kukla idi. Haqay yəhudi əsillidir, yəhudilərin müsəlman qızla evlənməsinə yaxşı baxmırlar. O, iki ildir, jurnalistlərə pul təklif edir ki, Oksananı biabır etsinlər”.
Oksana narkoman olmadığını sübut etmək üçün jurnalistlərə müraciət edib. Deyib ki, özü ilə bədəndə narkotik vasitə olub-olmadığı aşkarlayan test gətirib. Konfrans zamanı ayaqyoluna gedərək testi yoxlayıb və məlum olub ki, rəqqasə narkotikdən istifadə etmir: “Haqay məhkəməyə cəlb olunacaq, orada hər şey yoluna qoyulacaq. Ancaq mənə pis gəlir. Haqaydan uzaqlaşmışam, əcəb eləmişəm”.
Elşad Xose isə sevgilisi ilə bağlı məlumatlara belə münasibət bildirib: “Elə bilirsiniz, təzə xəbər yazmısınız? Hamının hər şeydən xəbəri var, hər kəs bilir ki, mən narkoman olmuşam. Mənim “kayf”da olmağımı görmüsən? Normal insan bu işləri görməz. Bu işin ustası olmuşam, sizə də narkologiyadan dərs keçərəm. Ona görə siz mənim narkoman olduğumu bilə bilməzsiniz. Jurnalistimə bax mənim!”
Oksana onu ictimai şəxs kimi nümunəvi olmağa çağıran jurnalistə hirslənib: “Nəyə görə deyirsiniz, Azərbaycan xanımı? Hərə özündən danışsın. Cəmi iki aydır, Elşadla münasibətim var. İki aydır da boşanmaq istəyirəm”.
Qeyd edək ki, cütlük bir neçə ay öncə Lent.az-a müsahibəsində aralarında il yarımdır, sevgi münasibəti olduğunu etiraf etmişdi.
Lalə

1801