
Müğənni Nura və stilst Pərviz qalmaqalı yenidən qızışdı
Stilist Pərvizin Lent.az-a verdiyi açıqlamaya bu dəfə Nura Surinin mətbuat katibi Tahirə Məmmədqızı cavab verib. Mətbuat katibi Lent.az-a açıqlamasında əməkdaşlıq etdiyi müğənnini müdafiə edib: “Əvvəla, Nuranın zövqü və stili barədə Pərvizin münasibəti Nura üçün önəmli deyil. Nuranın özünün artıq formalaşmış zövqü və imici var. Nura Suri indiyə qədər işlədiyi stilistlərin adını heç vaxt gizlətməyib. Heç bir stilist deyə bilməz ki, Nura Suriyə hansısa stili və yaxud imici düşünüb və Nura xanım da bu təklifi qəbul edib. Bu, mümkün deyil. Nura Surinin çalışdığı stilistlərin və vizajistlərin adları hər zaman bəlli olub. Fotosessiyalarında, albomlarında həmin insanların adları var. Heç zaman Pərviz və Samir kimi “stilistlərlə” çalışmayıb. Hazırda Nura xanım ən populyar və ən gözəl müğənnilər sırasında durduğuna görə, bəziləri bundan istifadə öz piarlarını qurmağa çalışırlar. Çox gülməlidir ki, bu insanlar müsahibələrində özlərini gülüş obyektinə çevirirlər. Nura Surinin intellekti və dünyagörüşü müqayisə olunmaz”.
Qeyd edək ki, Nura öz verilişində və şəxsi saytında stilist Pərvizin ünvanına fikirlər demişdi. Pərviz də bu atmacalara cavab yollamışdı.
Lalə
Qeyd edək ki, Nura öz verilişində və şəxsi saytında stilist Pərvizin ünvanına fikirlər demişdi. Pərviz də bu atmacalara cavab yollamışdı.
Lalə
Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17