Ermənistanı “Eurovision-2012”də şovinist qrup təmsil edə bilər
30 iyun 2011 16:10 (UTC +04:00)

Ermənistanı “Eurovision-2012”də şovinist qrup təmsil edə bilər

Lent.az-ın məlumatına görə, ölkəni müsabiqədə təmsil edəcək iştirakçı və ya qrupun Ermənistandan olacağa yaxud ölkə xaricindən gələcəyi hələlik məlum deyil. Ermənistan mətbuatında bir müğənni və bir qrupun adı daha çox hallanır. Bunlar Ermənistandan kənarda fəaliyyət göstərən “System of a down” qrupu və ölkədə yaşayan sənətçi Razmik Amyandır. Hazırda müsabiqədə iştirak üçün “System of a down” qrupu ilə danışıqlar aparılır.


Qeyd edək ki, “System of a down” dünya miqyasında tanınır. 1995-ci ildə Los-Ancelesdə Serj Tankyan və Daronom Malakyan tərəfindən yaranan qrupun 1998-ci ildən 2005-dək 20 milyondan çox satışı olan 5 studiya albomu işıq üzü görüb.


2006-da qrup fəaliyyətini dayandırıb və üzvlər solo çıxış etmək qərarına gəliblər. 2010-da onlar Avropa turnesinə çıxmaq üçün yenidən birləşiblər.

Siyasi aktivlik göstərən qrup uydurma “erməni soyqırımı” haqqında mahnılar ifa edir, musiqilərində bəşəri və sosial mövzulara toxunur.

Qeyd edək ki, 2009-da onlar Ermənistanı “Eurovision”da təmsil etmək fikrində idi. Lakin Serj Tankyan şərt qoymuşdu ki, mahnı uydurma “erməni soyqırımı”na həsr olunmalıdır. Qrup bu şərtlə yarışa qatılmağa razılıq vermişdi.


Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar