“Eurovision”da səsvermə qaydası dəyişdirilib
APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, EBU növbəti yarışmadan etibarən səsvermədə köhnə üsula qayıtmağa qərar verib. Yəni “Eurovision-2012” mahnı müsabiqəsində 2010-cu ilə qədər istifadə olunan səsvermə sisteminə keçiləcək. Belə ki, səsvermə ancaq şou bitəndən sonra 10 dəqiqə ərzində həyata keçiriləcək. EBU-dan bildirilib ki, bütün şou ərzində həyata keçirilən səsvermə zamanı əsas səslər iştirakçılara şounun sonunda gəlib və bu durumdan dolayı EBU belə bir dəyişiklik etmək qərarı verib.
EBU-nun qəbul etdiyi yeni qərarlar arasında müsabiqə yayımlandığı vaxt iştirakçıların sms nömrələrinin ekranda daha kiçik ölçüdə verilməsi də var. Buna kimi sms nömrələri ekranın 25 faizini tuturdu, lakin bundan sonra daha kiçik ölçüdə olacaq.
EBU-nun fikrincə, bu yazıların böyüklüyü tamaşaçıların diqqətini mahnıdan yayındırır. Şou zamanı ekranda yazıların böyüklüyünün və görünüşünün necə olacağı isə yaxın gələcəkdə dəqiqləşdiriləcək.

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01