Məşhur stilistimizin ad günündə uşaq mahnısı və oriyental şou - FOTOLENT
Lent.az-ın məlumatına görə, 35 yaşı tamam olan stilistin ad gününə ən yaxın dostları qatılıb. Onların arasında KİV nümayəndələri, stilistlər olub. Samir qonaqlarını bir neçə cümlə ilə salamlayıb: “Burada mənim ən yaxın dostlarım əyləşib. Onlar mənə yaxın olsalar da, dünyamdan uzaqdırlar. Sizi bu gün öz dünyama dəvət edirəm”.
Uşaqlar evində böyüyən Samir Əliyev ad günündə uşaqlığını xatırlayıb. Bir-birinin ardınca Samir Əliyevin çox sevdiyi uşaq musiqiləri səslənib, o da həmin musiqilərin sədaları altında doyunca atılıb-düşüb, oynayıb. Dostları ona qoşulub, Samirlə birlikdə əyləniblər.
Gecə sürprizlərlə dolu olub. Jurnalist dostları Şahin Cavadsoy və Türkan Məmmədli Samirə sürpriz olaraq sənətçilər - “Saqqız” Emili, “Next” qrupunu, “Pişik” Güneli, Sevinc Musayevanı tədbirə dəvət ediblər. Onlar xeyli mahnı ifa ediblər. “Pişik” Günellə Samirin oriyental rəqsi isə əsl şou olub.
Məclisi “Qızıl pillə”nin aparıcısı Zemfira və jurnalist Şahin Cavadsoy idarə edib.
Lalə

2179