Teleaparıcılar müğənnimizi soyundurdular – - EKSKLÜZİV
Yeniliyin ideya müəllifi verilişin rejissoru Anar Hüseynlidir. Aparıcılar fotoqraf Ülvi Dadaşzadənin obyektivinin qarşısına keçiblər. Novruz və Murad alt paltarında olan naməlum bir xanımla çox erotik pozalarda şəkillər çəkdiriblər. Fotoları eksklüziv olaraq Lent.az-a təqdim edən aparıcılardan biri - Murad Əzimzadə onlarla birgə çəkilən xanımın Azərbaycanın estrada müğənnilərindən biri olduğunu deyib: “Bu fotosessiyamız internetdə və maqazin verilişlərində yayımlandıqdan sonra cəmiyyətdə qınaq obyektinə tuş gələcək. Açığını deyim ki, buna hazırıq. Amma dünya şou-biznesində populyar simaların bu kimi fotolarına rast gəlmək adi haldır. Bizim şou-ulduzların təfəkküründə isə illərdən bəri bir stereotip yaşayır, “etmərəm!”, “olmaz!”, “ayıbdır!”. Biz bu sözləri eşitməkdən yorulduğumuz üçün rejissorumuz Anarın ideyasına “hə” dedik. Qətiyyən də peşman deyilik. Nə vaxta kimi dar çərçivədə özümüzü sıxıb, şou-biznesin inkişafdan qalması barədə danışacağıq? Biz bunu etdik. Müğənni xanımlardan biri də gözlənilmədən foto-layihəmizdə soyunmağa hazır olduğunu söyləyəndə, daha da güc aldıq. Amma hələlik o müğənninin adını kiçik sirr kimi saxlayıb açıqlamırıq. Əgər bu fotolarımıza görə bizi daş-qalaq etməsələr, o xanımın kimliyi barədə məlumat verərik”.
Aparıcılar və müğənni göstəriləcək sərt reaksiyadan narahat deyillər: “Bunu da nəzərə almışıq. Əgər valideynlərimiz zamanında şou insanı olacağımıza mane olmadılarsa, fikrimcə, bu fotolarımıza da normal yanaşacaqlar. Axı real həyatda biz lüt-üryan gəzmirik? Sadəcə, obraz yaratmışıq. Efirdə aparıcı olmağımıza əngəl yaratmayan əzizlərimizdən əsla sərt reaksiya gözləmirik”.
Nəzrin

3435