“Eurovision-2011”in qalibi yeni prodüserlə əməkdaşlığa başladı
Lent.az-ın məlumatına görə, bu, onun duet ortağı Nigar Camalın prodüseri İsa Məlikovdur. Belə ki, Azərbaycanın tanınmış bəstəkarı və prodüseri İsa Məlikov Azərbaycana “Eurovision-2011” qələbəsini gətirən Nigar Camalla bərabər, Eldar Qasımovun da prodüserliyini edəcək. İsa Məlikov bundan sonra hər iki müğənni ilə əməkdaşlıq edəcək. İ.Məlikov bildirib ki, eyni anda iki qalibin prodüserliyini həyata keçirmək çox gözəldir: “Bəli, mən həqiqətən də Eldarın prodüseri olmuşam və eyni zamanda da Nigarın prodüseriyəm. Ancaq Eldarla mənə daha asandır, çünki onun prodüserliyini, həmçinin Ukraynanın “Euromedia” şirkəti həyata keçirir. Artıq gücümüzü səfərbər edəcəyik və mən Eldarın mahnıları ilə məşğul olacağam”.
Qeyd edək ki, məhz İsa Məlikov Nigar Camalın “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün namizədliyini irəli sürüb və ona əvvəldən prodüserlik edib. O, “Eurovision-2009” müsabiqəsi üçün Aysel Teymurzadənin namizədliyinin irəli sürmüşdü və onunla uzun müddət əməkdaşlıq edib.
Xəyalə Muradlı

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17