Müğənni Yeganə ilk dəfə oğlu Ömərlə göründü -
Üç ay öncə Türkiyədə ilk övladı dünyaya gələn müğənni Yeganə Bakıdadır. Ana olmaq məsuliyyətini dərindən dərk edən sənətçi vaxtının çoxunu oğlu Ömərlə birgə keçirir.
Yeganə Lent.az-a açıqlamasında ilk olaraq Azərbaycanın “Eurovison”dakı qələbəsi barədə danışıb: “Vətəndə olmaq və elə burada “Eurovision” qalibiyyətimizi yaşamaq çox gözəl və əvəzolunmaz bir hissdir. Olduqca xoşbəxtəm və həmin günü ailəliklə çox sevindik. Həyat yoldaşım Fateh elə ilk gündən Azərbaycanın bu yarışmada qalib olacağını desə də, nəticələr mənim üçün sürpriz oldu. Ancaq Fateh deyirdi ki, ən güclüsü Azərbaycandır”.
Azərbaycana hər zaman qalibiyyət diləyən sənətçi bu günlərdə daha bir xoş xəbərin sevincini yaşayıb. Bu da Türkiyənin “Fənərbağça” futbol klubunun qələbəsi olub: “Biz ailəliklə bu klubun azarkeşiyik və bu klubun qalibiyyəti bizim ailədə böyük bayrama çevrilir. Ömər hələ bunun fərqinə varmasa da, bizim sevincimizə qoşulur və bərabər gülürük. Hər iki sevinci Azərbaycanda olduğum zaman yaşamamdan çox məmnunam”.
Zamanını əsasən oğlu Ömərlə keçirən Yeganə və Fateh cütlüyü, valideyn missiyasının öhdəsindən də bacarıqla gəlir. Bu yaxınlarda iştirak etdikləri məclislərin birinə Ömərlə birgə qatılan Fateh və Yeganənin xoşbəxtliyi gözlərindən oxunub. Ömər həm atası, həm də anasının sevimlisidir. Yeganə Fatehdən, Fateh isə Yeganədən razılıq edir: “Əsas odur ki, bir-birimizi başa düşürük və oğlumuzla daha çox zaman keçiririk. Çünki həyatda ən gözəl hiss məhz valideyn məsuliyyətini duymaqdır. Ömər bizim həyatımıza ayrı bir dad qatıb və bu möhtəşəm bir hissdir”.
Müğənni Yeganənin həyat yoldaşı Fateh və oğlu Ömərlə birgə ilk fotolarını təqdim edirik.
Xəyalə

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34