Hülya Avşar: “Sənətçinin ən böyük özəlliyi arsız olmasıdır” - MÜSAHİBƏ
Türkiyənin məşhur aktrisa və müğənnilərindən olan Hülya Avşarın Lent.az-ın İstanbula ezam olunmuş əməkdaşına eksklüziv müsahibə verib. Hülya Avşar həyatı ilə bağlı maraqlı məqamları açıqlayıb.
- Hülya xanım, sizinlə mükafatlandırma mərasimində görüşürük (söhbət 17-ci Kral Musiqi Mükafatının təqdimetmə mərasimindən gedir-L.Y. ), kim bilir sayca neçənci dəfədir, belə tədbirlərə qatılırsınız. Maraqlıdır, şöhrətdən və sevgidən hələ doymamısınız?
- Şöhrət və sevgi elə bir şeydir ki, insan doya bilmir. Sənətçinin ən böyük özəlliyi arsız olmasıdır. Sənətçi sevgiyə, alqışa, təqdir edilməyə həmişə acdır. Ona görə də bezəcəyimi sanmıram. Yoxsa nə və kimlər üçün yaşayırıq?
- Lakin yəqin şöhrətdən az ziyan görməmisiniz. Hülya Avşar olduğunuz üçün edə bilmədikləriniz oldu?
- Artıq çox gecdir, bundan sonra, “dur, bezdim, istəmirəm” deyə bilmərəm. Belə davam etmək məcburiyyətindəyəm. Başqa cür həyatı istəmək Allahın xoşuna getməz. Allah bizə bu gözəllikləri nəsib edib, bu qədər sevənlərimiz var.
- Bütün dünyada olduğu kimi Türkiyədə də sevgilər, zövqlər dəyişib. Sizin uzun illər böyük zəhmət hesabına əldə etdiyiniz şöhrəti və sevgini indi bir anda qazanmaq mümkündür. Bu sizi hövsələdən çıxarmır ki?
- Onlar da olmasa, bunun davamı gəlməz. Təbii ki, istedadsızlar cəhd edəcəklər, ucuz hərəkətlər olacaq. Təcrübə göstərir ki, üç il sonra o nəticəni görürsən. Onlara “dur, etmə” demək mümkün deyil.
- Yəqin ki, bir anda məşhurlaşanlara haqqında müsbət düşünmürsünüz...
- Amma belə də olmur. Hər şey bu qədər də asan deyil. Şöhrət olmaq asandır, lakin onu düzgün istiqamətləndirməsən, itir və ya bitir.
- Bu gün sənətə gəlsəydiniz, Hülya Avşar olmaq üçün nə qədər vaxt lazım gələrdi?
- Asan olardı. Bu qədər mətbuat, bu qədər televiziya var. Ondan sonrası da çalışmaqla bağlıdır. Mən həyatım boyunca işlədim, üzərimdə çalışdım. Kim olur-olsun, işləməsə sevgi qazana və populyar ola bilməz!
- Sizin özünüz haqda maraqlı bir fikriniz var: “Onlar şöhrət, mənsə staram”. Şöhrət və starın müqayisəsi sizin üçün nədir?
- Həqiqətənmi? Mən belə bir söz dediyimi xatırlamıram, lakin doğru bir ifadədir...
- Siz bunu bir neçə il əvvəl demişdiniz. Bir vaxtlar sizi Sibel Can və Səda Sayanla müqayisə edirdilər. Siz də müqayisəyə bu şəkildə aydınlıq gətirmişdiniz...
- Star hər bir şəkildə qəbul olunan, bəlli bir yerə çatandan sonra hətta işləməsə, belə kəlmələri və qərarları ilə gündəm yaradan insandır. Star ağıllarda qalan biridir. Şöhrət isə bu yola tərəf gedənlər, bacarıb-bacarmayacağı sual yaradan şəxslərdir.
- Çox gözəl bir qadın olmağınızın star olmaqla bir əlaqəsi varmı?
- O adrenalin insana gözəllik qazandırır. İnsanı gözəlləşdirən baxış və əsas olanı gözəl baxmaqdır. Baxışlardan çıxan o işıq və həyəcanın star olmağa faydası var. Məncə tək faydası budur.
- Sizin haqqınızda həmişə bir söz deyirlər: Hülya düşünmədən heç vaxt danışmır. Onun “uğrsuz” açıqlamalarının arxasında da həmişə bir məna var...
- Yox, o qədər də deyil! Əlbəttə ki, düşünüb danışıram, lakin düşünmədən dediyim və olay yaratdığım vaxtlar olur.
- Bəs onda insanları çox zəkalı, intellektli olduğunuza necə inandıra bilirsiniz?
- Zəka-hazırcavablığın işarəsidir. Mən də hazırcavablığa öyrəşmişəm. Hətta uğursuz açıqlamalarıma belə nöqtə qoya bilirəm.
- Bu çətin oyunlarda qızınız Zəhranın da oynamasını istərdiniz? Onun sənət dünyasında olma istəyinə necə reaksiya verərdiniz?
- Heç bir şəkildə qarışmazdım, özüm istəklərimin arxasınca getdim. Zəhranın da seçimi özünə aiddir, qarışmaram. Amma yönləndirərəm. Doğru və səhv olanı mütləq ona göstərərəm. Ondan sonra seçimi özünə həvalə edərəm.
- Həmişə qızınızı qorumaq ehtiyacı hiss etmisiniz. Onu kimdən və nə üçün qoruyursunuz? Tanınmış insanlar övladlarını daha çox nələrdən və kimlərdən qorumaq istəyirlər?
- O, uşaqdır. Əlbəttə qoruyacağam və bundan sonra da davam edəcəyəm. Qızımın öz həyatını yaşamağını istəyirəm. Təəssüf ki, bizim mətbuat vasitələri istəklərimizi anlayışla qarşılamaq istəmirlər. Ona görə də zaman-zaman aramızda media ilə soyuq savaşlar da olur. Zəhra öz həyatını yaşamalı, mənim adımın kölgəsində qalıb sıxıntı çəkməməlidir. Ona görə də ciddi ana olduğumu deyə bilərəm.
Lalə Yusifqızı

912