“Eurovision-2012” Respublika stadionunda keçirilə bilər?
Artıq indidən müsabiqənin hansı məkanda keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Sadalanan variantlar sırasında ilk yerlərdə Tofiq Bəhramov adına Respublika stadionu gəlir. Çünki bura həm şəhərin mərkəzində yerləşir, həm də ölkədə hələlik ən çox tamaşaçı tutumu olan məkandır.
Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov belə bir ehtimalı Lent.az-a açıqlamasında istisna etməyib. O, “Eurovision-2012” müsabiqəsinin bu stadionda keçirilə biləcəyini deyib. Lakin direktor bunun üçün müəyyən işlərin görülməli olduğunu vurğulayıb: “Hələ ki bizə bu barədə bir söz deyilməyib. Çoxları real variant olaraq Respublika stadionunun adını çəkir. Çünki bura 30 min tamaşaçı tutur. Amma hər şey qərardan asılıdır. Belə bir qərar verilsə, müsabiqə burada keçirilsə, əlbəttə, burada müəyyən işlər görülməlidir. İlk növbədə arenanın üstü bağlanmalıdır. Bundan başqa, oturacaqlar dəyişdirilməli və digər təmir işləri həyata keçirilməlidir. Görüləcək xeyli iş var. Onsuz da stadionda təmir işlərinin görülməsi nəzərdə tutulmuşdu. Hətta bu məqsədlə bir neçə ay öncə İtaliya və Türkiyə arxitektorları stadiona gəlib buranın vəziyyəti ilə tanış oldular. Onlar təmir işlərini 6-7 aya yekunlaşdıra biləcəklərini dedilər. Mənə elə gəlir ki, yaxın bir həftə ərzində müsabiqənin harada keçiriləcəyi dəqiq məlum olacaq”.
Xəyalə Muradlı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08