Bu gün “Eurovision-2011” Mahnı Müsabiqəsinin finalıdır
Lent.az-ın məlumatına görə, finalçıların çıxış ardıcıllığı püşkatma yolu ilə müəyyənləşib.
İlk olaraq səhnəyə finlandiyalı müğənni Paradis Oskar çıxacaq. Daha sonra Bosniya və Hersoqovinadan olan Dino Merlin səhnəyə çıxacaq. Digər ölkələrin çıxış ardıcıllığı belədir: Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Rusiya, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya, Gürcüstan.
Təmsilçiləri Eldar Qasımov və Nigar Camal səhnəyə 19-cu sırada çıxacaqlar. Onlar “Running Scared” mahnısını ifa edəcəklər.
Müsabiqənin şərtlərinə görə, qalib bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsilə tamaşaçı səsverməsi nəticəsində müəyyənləşir. Tamaşaçılar öz ölkələrini təmsil edən ifaçılara səs verə bilməzlər.
Tamaşaçılarla yanaşı, səsvermədə peşəkar münsiflər heyəti (hər bir ölkədən musiqi sahəsində beş peşəkar) iştirak edir. Münsiflər və tamaşaçıların səsləri yarıbayarı toplanır. Beləliklə, ümumi xal əldə olunur və ölkələrə verilir.
Azərbaycanda tamaşaçılar müsabiqə günü canlı ifa zamanı bəyəndiyiniz ölkənin çıxış nömrəsini yazıb istənilən mobil operatordan 9450 sms nömrəsinə göndərə bilərlər. 1 SMS-in qiyməti 60 qəpikdir. 9450 sms nömrəsi yalnız Azərbaycandan səs vermək üçündür. Hər ölkənin sms nömrəsi yayımçı televiziyadan elan olunur. Ölkəmizdən Azərbaycan təmsilçilərinə səs verə bilmərik. Azərbaycan təmsilçilərinə yalnız xarici ölkə ərazisindən səs vermək olar. 1 nömrədən 20 səs göndərmək mümkündür. Final mərhələsində çıxış edəcək ölkələrin kodu sıra nömrələri ilə eynidir.
“Eurovision” mahnı müsabiqəsi 1956-cı ildən keçirilir. Müsabiqənin keçirilmə yeri əvvəlki ildə qalib gələn ifaçının təmsil etdiyi ölkə olur.
İştirakçı ölkələrin sayı çox olduğundan, təsnifat mərhələsi - iki yarımfinal keçirilir. Müsabiqəyə ev sahibliyi edən ölkə, eləcə də “Eurovision”un “böyük beşliyi” - Böyük Britaniya, Almaniya, Fransa, İspaniya, İtaliya mübarizəyə birbaşa finaldan qoşulur.
Lalə Yusifqızı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08