Bu gün "Eurovision 2011"in 2-ci yarımfinal günüdür
12 may 2011 11:16 (UTC +04:00)

Bu gün "Eurovision 2011"in 2-ci yarımfinal günüdür

Lent.az-ın məlumatına görə, artıq birinci yarımfinalın nəticələri məlumdur. Mayın 10-da Düsseldorfda 19 ölkənin təmsilçiləri yarışıb. Nəticədə Finlandiya, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə, Azərbaycan, Yunanıstan, Macarıstan, İslandiya və Litva ifaçıları finala vəsiqə qazanıb.


Bu gün digər 19 ölkə - Bosniya və Herseqovina ( Dino Merlin - “Love In Rewind”), Avstriya (Nadin Beyler - “The Secret Is Love”), Hollandiya (trio 3JS – “Never Alone”), Belçika( Witloof Bay – “With Love Baby”), Slovakiya(Twiins – “I’m Still Alive”), Ukrayna (Mika Nyuton - “Angel”), Moldova( Zdob si Zdub – “So Lucky”), İsveç (Grik Saad – “Popular”), Kipr (Kristos Milordos – “Ya lyubil tebya, kak angela”), Bolqarıstan (Polli Jenova – “Upryamaya”), Makedoniya (Vlatko İlievski – “Rusinka”), İsrail (Dana International – “Ding Dong”), Sloveniya (Maye Keuç – “No One”), Rumıniya (Hotel FM – “Change”), Estoniya (Qetter Yani – “Rockefeller Street”), Belarus (Anastasiya Vinnikova – “I love Belarus”), Latviya (Musiqq – “Angel In Disguise”), Danimarka (A Friend In London – “New Tomorrow”), İrlandiya (duet Jedward – “Lipstick”) final uğrunda mübarizə aparacaq.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar