“Eurovision 2011”-in ilk onluğu mətbuat qarşısına çıxıb
Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən məlumatına görə, mətbuat konfransında püşkatma keçirilib, finala vəsiqə qazanan ölkələrin çıxış nömrələri bəlli olub. Sonra iştirakçıların hər biriı media nümayəndələrinin suallarını cavablandırıb. Finala çıxan Rusiya, Yunanıstan, Macarıstan, İsveçrə, Litva, Azərbaycan, Finlandiya, İslandiya, Serbiya, Gürcüstan iştirakçılarının hərəsi iki suala cavab verib.
Jurnalistlər ilk olaraq Serbiyalı Ninadan final həyəcanının təəssüratlarını soruşublar. Müğənni inanılmaz təsir aldığını deyib, finalda daha aktiv və mistik nömrə nümayiş edəcəyinin vədini verib.
Litvanın təmsilçisi Evelina isə qalibiyyətini eşidəndə hoppandığını bildirib: “Hələ heç nə hiss etmirəm, yəqin iki-üç saatdan sonra dərk edəcəyəm”.
Yunanıstanlı Lukas Yiorkas və Stereo Mayk qalan ifaçıları qələbə münasibəti ilə təbrik edib.
Azərbaycanlı cütlük Eldar və Nigar onluqda olmağı sevinc və şərəf adlandırıblar: “Biz qalan iştirakçılara da uğurlar arzulayırıq, arzu edirik ki, dostluğumuz bundan sonra da davam etsin”.
Jurnalistlərdən biri Nigarın ifa zamanı çox həyəcanlandığını deyib. Nigar cavabında jurnalistin qeydlərini təsdiqləyib: “Əlbəttə həyəcanlı idim, qızlarım məni izləyirdi və çox çalışırdım ki, hər şey qaydasında olsun”.
Gürcüstanlı müğənni Sofa isə Düsseldorf səhnəsində doğma gürcü dilində oxumasının fəxrini daşıdığını dilə gətirib: “Bəziləri bu müsabiqədə öz mədəniyyətini təmsil edir, mən də fəxr edirəm ki, doğma dilimdə mahnı oxudum”.
İsveçrəli Anna səs verən tamaşaçılara təşəkkür edib, müsabiqədən öncə xeyli stress içində olduğunu da etiraf edib.
Macarıstanlı Kati isə suallara cavabdan çox çağırışa səy göstərib: “Məni finalda da dəstəkləyin!”
Finlandiyalı Ray Oskar güclü ifaçıların arasında az qala qələbəyə ümidini itirdiyini, lakin son anda yenidən ruhlandığını bildirib: “Mən artıq heç nə haqqında düşünmürdüm. O qədər güclü ifaçılar və mahnılar var idi ki...”
Rusiyalı Aleksey Vorobey isə daha maraqlı xəbərlə oradakıları təəccübləndirib. Sən demə o, öz sevimli itini də müsabiqəyə gətirib və qələbə həyəcanını onunla yaşayıb.
Müsabiqədə adı onuncu qalib kimi açıqlanan İslandiyalı qrup “Sjonni” digərləri ilə müqayisədə daha çox sevindiklərini və qələbəni dünyasını dəyişən dostlarını ruhuna ithaf etdiklərini deyib.
Lalə Yusifqızı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08