Azərbaycan “Eurovision-2011”in finalında - FOTO
Lent.az-ın məlumatına görə, I yarımfinalda 19 ölkə - Albaniya, Ermənistan, Finlandiya, Gürcüstan, Norveç, Polşa, Rusiya, Serbiya, İsveçrə, Türkiyə, Azərbaycan, Xorvatiya, Yunanıstan, Macarıstan, İslandiya, Litva, Malta, Portuqaliya, San-Marino final uğrunda yarışıb.
Səhnəyə ilk olaraq Polşalı Magdalena Tul “Jestem” mahnısı ilə çıxıb.
2-ci sırada Norveç təmsilçisi Stella Miangi “Haba Haba” mahnısını ifa edib.
Ardınca Albaniyanın xarizmalı ifaçısı səhnə alıb. Qeyd etmək yerinə düşər ki, bu ifaçı bu il müsabiqənin ən yadda qalan simalarından hesab olunur.
Sıralamanı Ermənistan iştirakçısı davam etdirib, yeri gəlmişkən o, milli finalı qalmaqalla qazanıb.
Azərbaycanın simpatiyası olan Türkiyənin “Yüksək Sadakat” qrupu Ermənistan ifaçısından sonra çıxış edib. Lakin bu qrupu türklərin özləri bəyənmirlər.
Daha sonra yarışmanın ən pozitiv ifaçılarından olan Serbiyalı müğənni Nina “Çaroban” mahnısı ilə səhnə alıb.
Serbiaylı ifaçıdan sonra Aleksey Vorobyev “Get you” mahnısını Düsseldorf səhnəsində oxuyub.
İsveçrəli müğənni Anna Rossinelli “In Love For A While” (“Nə qədər ki sevirəm”) mahnısı ilə səhnədə 8-ci ifaçı olub. Bu mahnı əvvəlcə internet səsverməsi ilə yeddi mahnı arasından, sonra isə tamaşaçı və peşəkar münsifin rəyi ilə seçilib. “Eurovision -2011” müsabiqəsində ölkəsini təmsil etmək şansı qazanan Anna Rossinelli İsveçrənin finala vəsiqə qazanmasına çalışacağını bildirib. Əgər təmsilçi bu arzusunu həyata keçirə bilsə, o zaman İsveçrə müsabiqədə son beş il müddətində ilk dəfə finala vəsiqə qazanmış olacaq.
Qeyd edək ki, İsveçrə “Eurovision” müsabiqəsinin ilk qalib ölkəsi olub.
Daha sonra Gürcüstanın ifaçısı mübarizəyə qoşulub. Maraqlıdır ki, bu ölkə artıq 3 ildir, Sofo adı ilə müxtəlif müğənniləri müsabiqəyə yollayır.
Ötən il əkiz bacıları müsabiqəyə yollayan Finlandiyadan bu il Paradise Oskarı “Da da dam”la çıxış edib.
Glen Vella – “One Life”, növbəti çıxış Maltalı müğənninin olub.
Ardınca çıxış edən San-Marinolu ifaçı yarışmanın kifayət qədər diqqət görən və alqış alan ifaçılarından olub.
Xorvatiya və Macarıstan müğənnilərinin çıxışları isə yaddaqalan olmayıb.
Portuqaliyalı fanatlarından dəstək alan “Homens da Luta” qrupu böyük ruh yüksəkliyi ilə oxuyub. Litva “Bu mənim həyatımdır” mənasını daşıyan mahnısını ingilis dilində oxuyub və sonra doğma dilində ifada tərcümə edib. Bu ifanı orijinal və yenilik hesab etmək olar.
Nəhayət, Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsindəki təmsilçiləri Eldar Qasımov və Nigar Camal Düsseldorfda romantik “Running Scared” mahnısını ilə səhnədə görünüblər.
Yarımfinalın sonuncu ölkəsi Yunanıstan olub, bu ölkəni iki oğlan - Lukas Yorkas və Stereo Mayk, ingilis-yunan dueti olan “My Dance” mahnısı ilə təmsil edib.
19 ölkədən cəmi 10-u mayın 14-də keçiriləcək final mərhələsində iştirak hüququ qazanıb.
Bunlar Finlandiya, Gürcüstan, Rusiya, Serbiya, İsveçrə, Azərbaycan, Yunanıstan, Macarıstan, İslandiya, Litva olub.
Malta, Portuqaliya, San-Marino, Albaniya, Ermənistan, Norveç, Polşa, Türkiyə, Xorvatiya isə müsabiqədən məğlub ayrılıb.
Səsvermədə həm tamaşaçılar, həm də münsiflər iştirak edib. Eyni zamanda, bu il səsvermə həm də teleqraf əsasında keçirilib.
Qeyd edək ki, bu səsvermə sistemi müsabiqədə yenilik sayılır.
Lalə Yusifqızı

902