Aleksandr Rıbak: “Ümid edirəm ki, Azərbaycan birinci olacaq” - MÜSAHİBƏ
10 may 2011 09:41 (UTC +04:00)

Aleksandr Rıbak: “Ümid edirəm ki, Azərbaycan birinci olacaq” - MÜSAHİBƏ

Yarımfinal öncəsi Düsseldorfa gələn Aleksandr Rıbak, əsas məşqlərdə, eləcə də xüsusi mərasimlərdə iştirak edir. Aleksandr Rıbak “Eurovision-2011” müsabiqəsi ilə bağlı təəssüratlarını da APA-yla bölüşüb.

- Aleks, “Eurovision-2011” müsabiqəsini canlı izləmək üçün Almaniyaya gəlmisiniz. Artıq builki favoritlərinizi müəyyənləşdirmisiniz?

- İtaliya təmsilçisinin ifa etdiyi musiqi çox xoşuma gəlir. Çünki bu yalnız səhnə şousu və ya səhnə geyimi ilə əlaqədar bir musiqi deyil, səs imkanlarını göstərən bir mahnıdır. Azərbaycanı təmsil edən duet mənim favoritlərimdən hesab olunur. Çünki ifaçı olaraq bir-birlərinə çox yaraşırlar həm görünüş, həm də səs olaraq bir-birlərini tamamlayırlar. İfaları, səhnə performansları “Eurovision” yarışmasının formatına tam uyğundur.

- Builki yarışmada Aleksandr Rıbakın top beşliyinə hansı təmsilçilər daxildir?

- Top beş ölkənin adını çəkə bilməsəm də düşünürəm ki, 2012-ci ildə bu yarışmaya başçılıq edən ölkə yenə də Norveç olacaq. Çünki musiqi məhz Avropa xalqını telefonlarını əlinə alıb səs verməyə vadar edən janrdadır.

- Lena Mayer kimi yenidən bu müsabiqədə iştirak etmək fikrində deyilsiniz?

- Qəti şəkildə belı bir fikrim yoxdur və təklif olunsa belə razılıq verməzdim. Çünki, ilk təmsilçiliyim dövründə birinciliyi öz ölkəmə gətirdim və bunu bacardım. Yenidən bu yarışmada iştirak edib hər hansısa aşağı yeri tutmaq istəməzdim. Artıq bu yarışmayla əlaqədar olmayan işlərlə məşğul olmaq istəyirəm. Müxtəlif ifaçılarla duet yazdırmaq fikrindəyəm. Hətta bu məqsədlə Azərbaycana da gəlib duet yazdırmaq istəyim var. Bununla yanaşı, müxtəlif digər ifaçılar üçün mahnı yazmaq planlarımda var.

- Norveç və ya Almaniya, hansının ev sahibliyini bəyənirsiniz?

- Düşünürəm ki, bu il Almaniyanın Düsseldorf şəhərində təşkil olunmuş yarışma çox ciddi şəkildə həyata keçirilir. Yarışma bir çərçivə ətrafına sıxışdırılıb. Ancaq söhbət etdiyimiz həm Oslo, həm də Düsseldorfun təşkilatçılığı arasında elə fərq yoxdur, çünki hər il bu yarışmada eyni sirk, eyni şou və kostyumlar, eyni tanış üzlü dəli insanları görürük. Fərqlilik axtarmağın da yeri yoxdur.

- Azərbaycanın builki müsabiqədə şansını necə qiymətləndirirsiniz?

- Söylədiyim kimi ifaçılar və musiqi tam olaraq bu yarışmanın formatına uyğundur və mən özümdə Azərbaycanı ziyarət etmək arzusunda olduğum üçün ümid edirəm ki. Azərbaycan builki yarışmada qələbə qazanacaq!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 778

Oxşar yazılar