Eldar Qasımov və Nigar Camalı ağlatdılar
Ukrayna Azərbaycanlı Gənclər Birliyi Kiyev şəhərində son məşqlərini başa vuran “Eurovision -2011” mahnı müsabiqəsində ölkəmizi təmsil edəcək Nigar Camal və Eldar Qasımovu Almaniyaya böyük coşğu ilə yola salıb. Bu barədə Lent.az-a Ukrayna Azərbaycanlı Gənclər Birliyindən məlumat verilib.
Yolasalma mərasiminə qatılan Ukraynanın bir sıra gənclər təşkilatlarının nümayəndələri hər il olduğu kimi bu dəfədə beynəlxalq mahnı müsabiqəsində Azərbaycana böyük dəstək verəcəklərini vurğulayıblar .
“Eurovision -2011” mahnı müsabiqəsinə yola düşməzdən öncə Ukraynadakı Azərbaycanlı gənclərlə görüşə gələn Nigar Camal və Eldar Qasımov vətən sevgili soydaşlarımız tərəfindən böyük coşğu və hərarətlə qarşılanıblar. “Yaşasın Azərbaycan, sizdən qələbə gözləyirik” kimi şüarlarla Nigar və Eldara mənəvi dəstək verən Ukrayna Azərbaycanlı Gənclər birliyinin fəalları Bakı restoranında təşkil etdikləri rəngarəng musiqi töhfələri ilə gənc və istedadli müğənnilərimizə xoş və duyğulu anlar yaşadıblar. 100-ə yaxın gəncin qatıldığı tədbirdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov, Birliyin informasiya və Mədəniyyət işləri üzrə müavini İlhamə Allahverdiyeva və Ukrayna parlamenti yanında Gənclər Assambleyasının sədri Yuna Şeyxəliyeva çıxış edərək Kiyev şəhərindən Almaniyaya yola düşən Eldar və Nigara qələbə uğurları arzulayıblar. Hər il olduğu kimi bu dəfədə Ukraynadan Azərbaycana ən yüksək dəstəyin veriləcəyinə əminliklərini bildiriblər. Gənclərin açıq havada təşkil etdikləri əsrarəngiz yolasalma mərasimində Ukraynanın xalq artisti Qurban Abbasovun ifa etdiyi Azərbaycan mahnısı, üzərinə xoş arzular yazılmış məşəl hava şarlarının səmaya buraxılması beynəlxalq mahnı müsabiqəsinə gedən gənc və istedadlı müğənnilərimizə böyük ruh yüksəkliyi bəxş edib, təmsilçilərimiz göz yaşlarını saxlaya bilməyiblər. Onlara verilən mənəvi dəstəyə görə ukraynadakı gənclərə minnətdarlığını bildirən Nigar Camal “Eurovision -2011” Mahnı müsabiqəsində Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.
Qeyd edək ki, təmsilçilərimiz mayın 10-da keçiriləcək birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. İkinci yarımfinal mayın 12-də keçiriləcək. Final isə mayın 14-də baş tutacaq.
Lalə Yusifqızı

Oxşar yazılar

"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
15 may 2025 , 10:09
Aygün Kazımova geyimi ilə çılpaq göründü - VİDEO
14 may 2025 , 13:56
Röya sinəsi açıq fotolarını PAYLAŞDI
14 may 2025 , 11:16
Leonardo Di Kaprio özündən 24 yaş kiçik məşhur modellə evlənməyə hazırlaşır
13 may 2025 , 19:20
Bu gün "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək
13 may 2025 , 12:03
Surroqat ana ilə övlad sahibi olan ULDUZLAR
13 may 2025 , 10:28
Məşhur reper yeni klipi ilə şok yaratdı
12 may 2025 , 18:53