Səidə Sultanın “Porsche”sini polis əlindən aldı
27 aprel 2011 16:36 (UTC +04:00)

Səidə Sultanın “Porsche”sini polis əlindən aldı

Müğənni Səidə Sultan dünən axşam saatlarında Bakının Nərimanov rayonu ərazisində xoşagəlməz hadisə ilə üzləşib. Səsyazma studiyasından qayıdan zaman müğənninin “90 XV 093” dövlət nömrə nişanlı “Porsche” markalı avtomobili polislər tərəfindən aparılıb. Maşında müğənni ilə bərabər jurnalist Cavanşir Babəlioğlu da olub.

Səidə Sultan baş vermiş hadisə barədə Lent.az-a danışıb. O deyib ki, yol polisi maşını qəfildən onların qarşısını kəsib: “Əvvəlcədən heç nə xəbərdarlıq etmədən yolun ortasında maşını qarşımızda saxladı. Yaxınlaşıb qapını açdı. Bizi maşından düşürtdü. Dərhal iki post patrul maşını da gəldi. Elə bil əvvəldən düşünülmüş bir hadisə idi. Sənədlərimi, “texpasport”u, etibarnaməni alıb maşınıma oturub, getdi. Bu, qeyri-qanunudur. Belə hallarda akt tərtib olunmalıdır. Aktlaşmadan sonra avtokar maşını aparmalıdır. Amma avtokar da çağırılmadı. Həmin polis maşınıma oturub 120 sürətlə getdi. Bizə heç bir məlumat da vermədilər ki, maşını hara, niyə apardılar. Maşın posta təhvil verilmədən qeyri-qanuni şəkildə aparıldı. Maşını sürüb apardı, qaldıq yolun ortasında”.

Heç bir qanun pozuntusuna yol vermədiyini iddia edən sənətçinin sözlərinə görə, onlar həmin ərazidə iki cərimə meydançasına getsələr də, maşını tapmayıblar. Artıq məsələ ilə bağlı müraciət də ediblər: “Biz Vaqif Əsədovla danışdıq. Artıq lazımi instansiyalara müraciət etmişik.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə məsələ ilə bağlı Lent.az-a bildirib ki, Səidə Sultanın sürücülük vəsiqəsi olmadığına və yol hərəkət qaydasını pozduğuna görə, qanun çərçivəsində maşını saxlanılaraq, müvəqqəti mühafizə olunan dayanacağa aparılıb.

Banu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1801

Oxşar yazılar