(R) Türkiyənin pop-ulduzu Hadisə Bakıda restoran-butik açılışında
18 aprel 2011 12:55 (UTC +04:00)

(R) Türkiyənin pop-ulduzu Hadisə Bakıda restoran-butik açılışında

Azərbaycanda ilklərdən hesab olunan butik-restoranın açılışında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, “Eurovision-2010” Mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Səfurə Əlizadə, modelyer Fəxriyyə Xələfova, sənətçilər Zamiq, Sevda Yahyayeva, modellər Züleyxa Akçurina, “Miss Millenium” Validə Abbasova, Azərbaycan gözəli Nərminə Zərbəliyeva və iş dünyasının tanınmış simaları iştirak edib.


Tədbirin fəxri qonağı Türkiyənin pop-ulduzu Hadisə olub. Türkiyənin “Eurovision-2009” təmsilçisi mağazanın açılışında iştirak etmək üçün Azərbaycana gəlib. Müğənni mağazadakı geyimlərə tamaşa edib, “Waggon Paris”in geyimlərindən bir neçəsini geyinərək nümayiş etdirib.


Mağazanın Azərbaycandakı Art direktoru Aydan Axundova bütün təşkilati işlərin peşəkarlıqla həyata keçirilməsinə xüsusi səy göstərdiklərini, fəxri qonaqların da heyrətləndiyi mərasimin gerçəkləşməsinə çalışdıqlarını deyib: “İstədik ki, müştərilər özlərini sözün əsl mənasında Avropadakı kimi hiss etsinlər”.


Şirkət 2002-ci ilin ilk aylarında Nyu-York, London, Tokio kimi şəhərlərdə “Beatles” qrupunun 40-cı sənət ilinin xatirəsinə təşkil olunan konsert və hərraclardan satışa çıxarılan xüsusi kolleksiyalar hazırlayıb. Fransız modelyer Jan Luk ilə birlikdə kolleksiyaları hazırlayan MCMC bununla Avropada məşhurlaşıb.


Firma bu nailiyyətlərdən cəsarət alaraq, 2003-cü ildə Parisdə “Waggon Paris” markası ilə mağaza, showroom açıb. Azərbaycanda başqa bir nümunəsinə rast gələ bilməyəcəyimiz fərqli konseptə sahib olan mağaza, Bakının mərkəzi prospektlərindən biri olan Rəşid Behbudov prospektində açılıb. Artıq Bakıda mağaza və cafe& braserinin eyni məkanda yer aldığı, həm geyim, həm içki və qida xidmətinin əldə edilə biləcəyi, alış-veriş etdikdən sonra dünya mətbəxindən çox xüsusi təamlarını və fransızların məşhur şirniyyatı olan “macaron”nu yeyə biləcəyi bir məkanın xidmətə verilməsi ilə hər alış-veriş tərif olunmaz bir hissə çevriləcək.


Hazırda “Waggon Paris” brendi başda Nyu-York, London, Paris, Milan, Barselona, Dubay və Tokio kimi dünyanın böyük şəhərlərində 300-dən artıq mağaza qadınlara xidmət göstərməkdədir.
Firma günü-gündən böyüyən təşkilatının 2007-ci ildə MCMC Qrupu altında toplandıqdan sonra 2008-ci ildə İstanbulun Şişli rayonunda açdığı 11 mərtəbəli və 3500 m2 əraziyə sahib olan müasir binasına köçən MCMC qrup Asiya və Uzaq Şərq idarəçiliyinin təşkilatı üçün İstanbul ofisini aktiv hala gətirib. Bu mərkəzdə idarəetmə, dizayn, Show Room, mühasibatlıq və finans kimi şöbələr fəaliyyət göstərməkdədir.
MCMC Qrup sürətlə böyüdüyü üçün idarəetməçilik yönündən bir çox yenilik həyata keçirib. Qrup mövcud insan resursları strukturunu müasir, tam rəqabət şəraitində iş icra edə bilən qlobal idarəetmə qabiliyyətinə sahib insanlarla zənginləşdirməyə başlayıb.
Pərakəndə investisiyalarla yanaşı, 21-ci əsrin böyük ticarət payına sahib olan E-ticarət şəraitində də qrup müvəffəqiyyətlər əldə etmək üçün bu bazardakı şərikləri ilə həyata keçirəcəkləri işləri diqqətlə idarə etməkdədir.

MCMC qrup olaraq Amerika, Fransa, İtaliya, İngiltərə, İspaniya, Almaniya kimi inkişaf etmiş istehlak bazarları ilə yanaşı inkişaf etmiş, etməkdə olan bazarları da yaxında seçərək 2010-cu ildən etibarən beynəlxalq olaraq birbaşa mağazaçılıq üçün investisiya qoyuluşu qərarı alıb.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3242

Oxşar yazılar