Estradada gözlənilməz duet
11 aprel 2011 18:51 (UTC +04:00)

Estradada gözlənilməz duet

İyirmi ildir, dostluq edən sənətçilər bu günlərdə duet oxumağa hazırlaşırlar. Bu barədə Lent.az-a müğənni Samir Bağırov məlumat verib: “Novruz bayramında qərara gəldik ki, yay hiti hazırlayaq. Mahnımız Mikayıl Vəkilov tərəfindən hazırlanacaq. Mənim çox sevdiyim iki bəstəkar var. Bunlardan biri Mikayıl Vəkilov, digəri isə Vaqif Gərayzadədir. Çox təəssüf ki, indiyədək Vaqif Gərayzadənin mahnısını oxumamışam”.


Duet təklifi Zülfiyyə Xanbabayeva tərəfindən gəlib: “Yaradıcılığımdakı durğunluqdan sonra sentyabr ayında Zülfiyyə Xanbabayeva ilə birlikdə səhər proqramına çıxmışdıq. O vaxt Zülfiyyə mənə dedi ki, biz niyə duet oxumuruq? Və nəhayət qərara gəldik. Əminəm ki, mahnı çox seviləcək”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 966

Oxşar yazılar