“Eurovision” təmsilçilərimizin klipi bu gün nümayiş olunacaq
11 aprel 2011 17:49 (UTC +04:00)

“Eurovision” təmsilçilərimizin klipi bu gün nümayiş olunacaq

Lent.az-ın itv.az-a istinadən məlumatına görə, klip vaxtilə “Eurovision-2002” mahnı müsabiqəsinin rejissoru olmuş edən Tarmo Krim tərəfindən hazırlanıb. “Running Scared” mahnısının klipi romantik və həssas bir tarixçədən bəhs edir. Gözəl mənzərə və kadrlarla zəngin olan klipin çəkilişləri dəniz sahilində aparılıb.



Xatırladaq ki, “Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur.


Azərbaycanlı duet hazırda Avropa turnesinə hazırlaşır.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar