Mahidevran boşandı
07 aprel 2011 16:35 (UTC +04:00)

Mahidevran boşandı

“Möhtəşəm Yüzil” teleserialında sultan Süleyman Qanuninin ilk xanımı Mahidevranı canlandıran Nur Aysanla 2008-ci ildə evləndiyi maliyyəçi Murat Aysanla evliliyi sona çatıb. Lent.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, cütlük məhkəməyə müraciət edərək boşanmaq istədiyini bildirib.

Murat Aysan məhkəməyə təqdim etdiyi ərizədə ruhən və fikrən anlaşılmazlıq durumunda olduqlarını, buna görə də boşanmağa qərar verdiklərini yazıb. Tərəflər bir-birlərindən maddi və mənəvi təzminat istəməyiblər. Yalnız Nur Aysan ərinin soyadından istifadə etməyə davam etmək istədiyini bildirib və Murat Aysan da buna icazə verib.

Məhkəmə cütlüyün boşanması ilə bağlı qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206

Oxşar yazılar