Rəqqasə Fatimənin ad günündə oriyental şou
05 aprel 2011 12:07 (UTC +04:00)

Rəqqasə Fatimənin ad günündə oriyental şou

Lent.az-ın məlumatına görə, müğənni özünə ən yaxın dost bildiyi şəxsləri mərasimə çağırıb. Gələn qonaqlar arasında Muğam Teatrını direktoru Arif Qazıyev, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist Gülbahar Şükürlü, müğənnilər Röya, Natəvan Həbibi, Ramal, Ədalət Şükürov, Niyaməddin Səlami, Kərim, Emin Bədəlov, teleaparıcılar, Lamiyə, Lalə Əlimuxtarova, Ülvira Qarayeva, prodüserlər Təranə Səmədova, Elnur Həsənov, Kənan Bayramov və digərləri olub.


Fatimə gələn qonaqlarını bir-bir özü qarşılayıb. Rəqqasə özəl gündə göy-çəhrayı abiyə geyinib. Doğum günü mərasimi daha çox rəqqasların müxtəlif janrlarda ifaları ilə yadda qalıb.


Məclisin ən maraqlı məqamı oriyental rəqqasənin göbək rəqsi olub. Yarıçılpaq rəqqasə masaları bir-bir gəzərək məşhur kişi simalarından pul toplayıb. O, birinci Arif Qazıyevin oturduğu masaya yaxınlaşıb, siftə edib. Baba Vəziroğlu sənət dostu Arif Qazıyev kimi səxavətli olmayıb, o, sadəcə alqışlamaqla kifayətlənib. Müğənni Röya salfetləri havada dalğalandırıb. Rəqqas İlham isə həmkarına göbək rəqsi ilə qarşılıq verib, ikilinin rəqsi böyük marağa səbəb olub.


Tədbiri Dövlət Rəqs ansamblının solistləri daha maraqlı edib. Peşəkarların ifası müğənniləri də həvəsə gətirib, Emin Bədəlov, Kərim və Röya mahir oynamaqda rəqqaslardan geri qalmayıb.

Gecənin irəliləyən dəqiqələrində “Kim nə bacarır” teleşousundan populyarlaşan Ceyhun Aygün Kazımovanın qrimində və geyimində səhnəyə çıxıb və “Fatimə” mahnısını oxuyub. Həvəskar aktyorun olduqca uğurlu təqlidi bütün iştirakçıları heyrətə salıb. Qonaqlardan bəziləri orijinal Aygün Kazımovanın məclisdə olmasını arzu ediblər.

Tədbir gec saatlaradək diskoteka ilə davam edib.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1816

Oxşar yazılar