Aygün Kazımova: “Qarşı tərəfin etirazını başa düşmürəm”
04 aprel 2011 14:07 (UTC +04:00)

Aygün Kazımova: “Qarşı tərəfin etirazını başa düşmürəm”

“Mən mətbuata çıxmamışdan əvvəl Nicat Novruzov və Orxan Nəsirovun ailələri ilə görüşmək üçün Türkana getmişəm”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında xalq artisti Aygün Kazımova söyləyib. Aygün Kazımova deyib ki, Türkanı tanımadığı üçün onu Şüvəlanda qarşılayıblar: “Mən özümlə kamera və ştativ də götürmüşdüm. Məqsədim o idi ki, Nicat və Orxanın üzr istəməsini videoya çəkim. Lakin onların heç biri bununla razılaşmadı”.


Aygün Kazımova vəziyyətin gülməli olduğunu vurğulayıb: “Mən onların səhvlərini düzəltməyə çalışıram. Onlar qızım İlqarə ilə bağlı həmin videgörüntüdə nalayiq ifadələr işlədiblər. Mən onların üzr istəməsi ilə bu məsələnin yekunlaşmasını istəyirəm və onların buna etiraz etmələrini başa düşə bilmirəm”.


Qeyd edək ki, mətbuat konfransına üzərində “İlqarə” sözü yazılmış boyunbağı ilə gələn Aygün Kazımova tədbiri “kriminal şou” adlandırıb.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar