Məşhur stilistimizin toyunda qeyri-adi oriyental şou - FOTO
29 mart 2011 11:59 (UTC +04:00)

Məşhur stilistimizin toyunda qeyri-adi oriyental şou - FOTO

Lent.az-ın məlumatına görə, stilistin qonaqları toyda qeyri-adi atmosfer yaradıblar.

Toydakı qonaqlar arasında müğənnilər Flora Kərimova, Rəşad İlyasov, Arzu Mələk, İlahə, Nadir Qafarzadə, Vaqif Şıxəliyev, Ramal, Elnur Məmmədov, Səidə Sultan, Niyaməddin Səlami, Natəvan Həbibi, aktyor Elnur Kərimov və başqaları iştirak ediblər.
Toyda ənənəvi məqamlar da olub, mərasimin əvvəlində Balaşla həyat yoldaşı Gülnar barədə hazırlanan videoçarx nümayiş olunub.

Maraqlı məqamlardan biri də budur ki, toyu “Xəzər xəbər”in spikeri Anar Nəcəfov idarə edib. Gəlin və bəyin həyat hekayəsi Anarın təqdimatında olub.

Digər qeyri-ənənəvi hadisə cütlüyün "Vağzalı" ilə yox, əcnəbi musiqinin müşayiəti ilə salona daxil olması olub.

Gəlinin geyimi də qeyri-adiliklər sırasında olub. Gülnar qısa ağ gəlinliyin altından qırmızı şalvar geyinib.

Toy daha çox oriyental şousu ilə maraqlı olub. Salonun ortasında ardıcıl stullar düzülüb. Qonaqlardan bir neçəsi stullarda əyləşib, sonra növbə ilə oriyental rəqs oynayıblar.

Əcnəbi musiqi sədaları altında salona gələn yeni evlilər “Vağzalı” ilə məclisi tərk ediblər.

Nəzrin
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2728

Oxşar yazılar