Estradamızın “faciə səsli” müğənnisi
18 mart 2011 18:04 (UTC +04:00)

Estradamızın “faciə səsli” müğənnisi

Lent.az-ın məlumatına görə, təqdimatda xalq artisti Mənsum İbrahimov, bəstəkar Elçin İmanov və şair Vahid Əziz də iştirak ediblər.

Tədbirin aparıcısı İlkin Həsəni klipi media nümayəndələrinə təqdim edib. Qeyd edək ki, mahnının musiqisi Elçin İmanova, sözləri Ramiz Rövşənə aiddir.

Klipdə Lamiyə sevgilisindən ayrılan gənc qızı canlandırıb. Mahnıya Latviya və Litvanın çəkiliş qrupu musiqi çarxı çəkib. Rejissor Cerri Pavlov, operator isə Feliksas Abrukauskasdır. Klipdə Lamiyənin aktrisalıq məharəti nəzərdən qaçmayıb.

Tədbirdə məlum olub ki, Lamiyə hazırda xalq artisti Mənsum İbrahimovun muğam sinfində tələbədir. Mənsum İbrahimov tələbəsinin potensialını yüksək qiymətləndirib. Xanəndə deyib ki, Lamiyə onun yanına dərs almağa gələndə səs imkanlarının bu qədər geniş olmasından xəbərsiz imiş. Lakin hazırlıq prosesi bu istedadı aşkarlayıb. Müğənni müəlliminin bu sözlərini “Qatar” muğamından bir parçanı canlı səsləndirməklə təsdiqləyib.

Bəstəkar Elçin İmanov da Lamiyənin istedadından ağız dolusu danışıb. Vahid Əziz Lamiyənin səs tembrini fərqli adla qiymətləndirib. Azərbaycan estradasında Tünzalə Ağayeva və Röyanın sırasında Lamiyənin də “faciə” səsli olduğunu deyib: “Lamiyənin səsindəki yanğı onun çox seviləcəyini işarə edir. Mən belə müğənniləri “faciə səs” adlandırıram. Onun səsini çox bəyənirəm”.

Məlumat üçün bildirək ki, Lamiyə Azərbaycan Dövlət Mədəniyyət və İncəsən Universitetinin teatr və kino aktyorluq fakültəsini bitirib.

6 il əvvəl o, ATV telekanalında yayımlanan “Yeni Ulduz-2” musiqi müsabiqəsinin yarımfinalçısı olub.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1796

Oxşar yazılar