Cerri Li Lüis - rok-n-roll pianosunun “Napoleonu” – ARAŞDIRMA
Altıncı söhbət
Onu çox ekzotik meyvəyə bənzətmək olar - nə dadı, nə də görkəmi adi olmayan meyvəyə. Meyvə nə qədər qəribə olsa, onu yetişdirən torpaq da, iqlim də, mühit də bir o qədər qəribə olmalıdır. Gəlin görək artıq neçə onilliklərdən bəri ekzotik dadıyla özü haqqında cürbəcür söz-söhbətə rəvac verən bu rok ulduzu harada anadan olub, boya-başa çatıb.
Şimali Amerikanı gözlərinizin qabağında canlandırın. Sağ tərəfdə, aşağıda Meksika körfəzi böyük bir yarımçevrə təşkil edir. Əgər körfəzə tökülən Missisipi çayıyla üzüyuxarı təxminən üç yüz kilometr getsəniz, Yeni Orleanın, Luiziana ştatının baş kəndi Baton Rujun, ucu-bucağı görünməyən şəkər qamışı və pambıq plantasiyalarının yanından ötərək bataqlıqlarla dolu düzəngahda itib-batmış Ferridey şəhərini görərsiniz. Cerri Li Lüis 29 sentyabr 1935-ci ildə orada anadan olub. Xatırlayırsınızsa, elə həmin 1935-ci ildə, amma bir neçə ay qabaq Missisipi vadisində daha ulduz doğulmuşdu - Tupelo şəhərciyində Elvis Presli dünyaya gəlmişdi. Lüisin də ailəsi Elvisinki kimi, çox ağır şəraitdə - bir qarnı ac, biri tox yaşayırdı.
Cerri Linin atası Elmo spirtli içkilərə qoyulan sərt qadağaya baxmayaraq, dolanmaq üçün əldəqayırma cecə arağı satmaqdan savayı özünə bir yol tapa bilmirdi. Amma onu da söyləyək ki, o, bu qanuna zidd fəaliyyəti əməlli-başlı ustalıqla təşkil etmişdi - əlindən həftədə azı iki ton yarım saxta viski keçirdi.
Bu boyda dövriyyənin qabağında təbii ki, Elmonun biznesindən çoxlarının xəbəri vardı. Amma ayıq başla susan adamlar dillərinə Luiziana viskisi dəyən kimi, bülbül təki ötürdülər... Qısası, yazıq Cerri Linin iki yaşı tamam olanda, atasını həbs eləyib beş il “nalladılar”.
Bir ildən sonra daha bir bədbəxtlik baş verdi - yerli bir sürücü sərxoş olub maşınını avtobusa çırpdı, qəzada Cerri Linin böyük qardaşı həlak oldu. Uşağın dəfninə atasını qandalda gətirdilər, bir neçə dəqiqəliyə qollarını açdılar ki, arvadını, balaca oğlunu qucaqlaya bilsin, sonra da yenə həbsxana gözətçilərinin tüfənglərinin lüləsi altında geri apardılar ki, cəzasının qalan hissəsini də çəksin...
Bu minvalla atasız böyüyən Cerri Linin məsləhətçisi də, müəllimi də, ən yaxşı dostu da elə anası oldu...
İncildə müqəddəs apostolların həyatından bəhs edən hissələrdə belə bir hadisə öz əksini tapıb: guya İsanın çarmıxa çəkilməsinin əllinci günü müqəddəs ruh göydən enərək onların cisminə daxil olur və apostollar o vaxtadək bilmədikləri dillərdə danışmağa başlayırlar. “Əllinci günə inananlar” sektası beləcə yaranıb və bu sektanın üzvləri iki min ildən sonra da öz yığıncaqlarında müqəddəs ruhun gəldiyinə, gələrək bədənlərinə girməsinə sidq ürəkdən inanırlar və bu sarsılmaz inanc onların nitq və hərəkətlərində bir bənzərsiz ekstaz yaradır. Cerri Linin anası hər bazar günü səhər tezdən öz evində belə dua, ibadət məclisləri təşkil edirdi. Möminlərin dua zamanı ilahi enerjidən vəcdə gələrək qəribə hərəkətlər etməsi səkkiz yaşlı oğlana ecazkar təsir göstərirdi. Onun diqqətini ən çox isə bu yerlərə uzaqdan gəlmiş Canvey soyadlı bir abid çəkirdi. İstedadlı insan olan həmin bu Canvey royal arxasına keçərək sol əliylə bəm müşayiəti, sağ əliylə isə melodiyanın özünü ifa edirdi və eyni zamanda müqəddəs kəlamdan uyğun bildiyi parçaları titrək səslə oxuyurdu. Canvey Cerri Linin ilk qəhrəmanına çevrildi... Oğlanın ikinci qəhrəmanı isə blüz ifaçısı və pianoçu Old Sem oldu. Cerri Liyə onu “Şokolad məhəllənin” gecə klubunun açıq pəncərələrindən bazar axşamları süzülən ecazkar səsi sevdirmişdi.
Üstəlik Cerri Linin həbsxanadan çıxan atası da evə dönəndə bəlli oldu ki, kişi hər şeyin ustasıymış - o cümlədən royal çalmağın da. Oğlanın Stella adlı bibisi gildə balaca bir piano vardı və musiqi vurğunu olan oğlan çalmağı öyrənmək üçün gündə azı dörd saat məşq edirdi. Çox yox, cəmi üç aydan sonra o artıq atasının bildiklərinə tam yiyələnmişdi. Oğlunun musiqi istedadından təsirlənən Elmo isə, əllərini təəccüblə yana açıb “Ay mənim virtuoz oğlum!” deyirdi. Oğlu isə yer üzündə musiqidən başqa heç nə eşitmək, heç nədən danışmaq istəmirdi. Dünyada ən böyük arzusu, bütün yuxularının baş qəhrəmanı isə şəxsi pianosu idi. Ona piano alacaqları günü səbirsizliklə gözləyirdi.
Uşaqlar atalarına heç cür isnişə bilmirdilər. Çünki gözlərini açandan özlərini analarıyla görmüşdülər. Əslində qadının da ərinə qarşı bütün hissləri soyumuşdu. Bir sözlə, Elmonun evdə olmadığı illər təsirsiz ötüşməmişdi. Kişi isə hörmət, məhəbbət tələb edirdi. Və bu yolda ən ağlasığmaz addımlara belə qadir idi. Oğlunun musiqiyə bağlılığı atanı çox riskli bir addıma sövq etdi: evlərini banka girov qoyub, 900 dollar kredit götürdü və bu pula Cerri Liyə əsl, yekə piano aldı. Bu pianonu dörd kişi xüsusi kəmərlərin köməyilə qaldıra bilirdi və oğlanı heyran qoyan da elə bu idi...
O piano Lüislərin kasıb komasında adi musiqi aləti deyildi - o piano bütün ailənin önündə səcdə etməyə hazır olduğu müqəddəs incəsənət mehrabıydı. Elmo heç yerdə iş tapa bilmir, təsadüfi sifarişlərlə kifayətlənirdi və bir müddət lap çətinə düşəndə aylıq ödənişlərini vaxtında edə bilmədiyindən vəziyyət gərginləşir. Bank onların evini əllərindən alır. Valideynlər bu məhrumiyyətə də mətinliklə sinə gərirlər. Çünki əsas şeyi itirməmişdilər - inadkar oğlanlarının pianosu dururdu...
On iki yaşı tamam olanda Cerri Li dini mərasimlərdə artıq populyar bir fiqura çevrilmişdi. Xalq balaca pianoçunu dinləməyə lap uzaqlardan gəlirdi. Amma bəzi icmalar ibadət zamanı pianoda çalmağı ona qadağan eləmişdilər - onlara elə gəlirdi ki, oğlanın ifa tərzi çox tərbiyəsizdir. Cerri Linin fitri istedadı barədə soraq artıq yerli radioya da yetişmişdi. Oradakı prodüsserlər onun çıxışlarını şənbə günləri translyasiya etməyə başladılar...
1951-ci ilin qışında 16 yaşlı Cerri Li tanınmış vaiz Bartonun yığıncağında çalırdı. Bartonun 17 yaşlı, çox ciddi tərbiyə almış mömin qızı Doroti qıvrımbaş pianoçunu ilıq xiffət dolu baxışlarıyla bir xeyli süzdü, gənclər baxışdılar. İşə bax ki, az sonra Cerrinin atası Elmo da həmin yerlərdə dülgər işi tapdı və bütün ailə Milad tətillərindən sonra ora köçdü. Təsadüflər zənciri bununla bitmədi: oğlan təhsilini Doroti Bartonla eyni məktəbdə davam etdirməli oldu. Qızdan cəmi bir yaş kiçikdi, amma üç sinif aşağı oxuyurdu: qız 11-də, oğlan 8-də...
Məhəbbətin haradan gəldiyini bilmədilər, amma qəlblərində elə hərarətli alov baş qaldırdı ki, qarşısını heç bir qüvvə ala bilməzdi. Müqəddəs ata Barton isə şeytan əməlini ilk baxışdan görür, duyurdu və odur ki, Cerri Li Lüisi ilk dəfə evlərinin qabağında görəndə qapını heç tərəddüd etmədən düz üzünə çırpdı. Amma Cerri də az aşın duzu deyildi - qapı çırpılmamışdan ayağını içəri soxa bilmişdi, sonra da vay-şivən qaldırmışdı: “Vay, barmağım! Barmağım sındı!”
Cəbhə xəttini bu minvalla keçən oğlan ilk ünsiyyətdə özünün misilsiz nəzakətini nümayiş etdirdi və söylədi ki, uşaqlıqdan ən böyük arzusu din xadimi olmaq imiş... Üstündən ay yarım da keçdi və günlərin birində Dorotini dərsdən sonra qarşılayarkən ona nişan üzüyü bağışladı - indi onlar öz aləmlərində artıq adaxlı sayılırdılar. Ertəsi gün isə Doroti üzüyü qaytardı - valideynləri təzə xəbəri eşidən kimi, onun başına bir oyun açmışdılar, gəl görəsən. Söz vermişdilər ki, əgər özünü belə aparsa, çöl üzü görməyəcək...
Hədə-qorxularının reallığına qızlarını inandırmaq üçün Dorotini həqiqətən düz bir həftə evdən bayıra buraxmadılar. Amma məktəbə ayağı dəyən kimi, Cerri yenə qıza evlənmək təklifi elədi. “Nə evlənmək?” - deyə, Doroti dəhşətə gəldi: “Biz hələ məktəbliyik! Valideynlərimiz nə deyər?” “Nə deyəcəklər?” – deyə, Cerri cavab verdi: “Gedək bizimkilərin yanına, onlar kömək edərlər!”
Cerri aləmin biciydi, məsələni valideynlərinə elə təqdim etdi ki, guya iş-işdən keçib və onun evlənməkdən başqa çıxış yolu yoxdur. Oğlanın yaxın qohumları da cavanların halına yandılar, onların yaşını artırmaqdan başqa çarə yoxdu. Dayısı yerli “zaqs”a yollandı, məsələni həll etdi. Kəbin kağızında Cerri Lin 21 yaşlı fermer kimi qeyd olundu, evləndiyi qız isə ondan guya bir yaş böyük idi. Məsələ bitdi...
1951-ci il, mart ayının 4-də Linvil məktəbində dərsə gələnlərin sayı həmişəkindən iki nəfər az idi: cənab Lüislə arvadı öz kotteclərində bal ayı keçirirdilər - dərs yada düşürdü ki... Birdə ki, məgər uşaq-zad idilər məktəbə gələlər! Ailəli adamlardı artıq!
Nə başınızı ağrıdım, Cerri Li özünün gənc arvadıyla bir neçə ay beləcə yaşadı - bibisinin hesabına. Amma gün gəldi ki, onların avaraçılığına artıq qohumları da dözə bilmədi - Cerri Lini Texas ştatının Dallas şəhəri yaxınlığındakı dini məktəbə - bizim dildə desək, - mədrəsəyə yolladılar. Sonralar onda Tövratdan, İncildən yerli-yataqlı sitatlar gətirməklə eşidənləri heyran qoymaq bacarığı məhz həmin dövrdən miras qalmışdı. Tələbə dostları arasında özünün bəlağətli nitqi ilə heç seçilmirdi, amma elə ki, fortepianonun şirmayı dilləri arxasına keçirdi, Cerrinin danışmasına ehtiyac qalmırdı...
İfaçılığındakı aşkar ustalıq İlahi istedaddan doğurdu. Məhz elə bu səbəbdən tələbə dostları arasında böyü hörmət qazanmışdı. Az sonra o, artıq özünə nəhayətsiz inamıyla seçilirdi. Günlərin birində seminariyanın ümumi iclasında tələbələr qarşısında bir dini nəğməni ifa edərkən ona elə bugi-vugi ruhu verdi ki, rektor davam gətirə bilmədi, irəli atılıb bu “biabırçılığa” son qoymaq məcburiyyətində qaldı. İlahi musiqiyə iblis çaları vermək olar?..
Seminariya şurası həmin ifada eşitdiyi yad ritmi unutmadı - qərar yekdil oldu: Qovulsun!
...Ata evinə üzüqara dönəndə Cerri Li möminlər qarşısında moizələrə başladı - axı natamam olsa da, artıq dini təhsili vardı! “Şeytanın kimin evində gizləndiyini necə bilmək olar?” - deyə, onun mərasimlərinə gələn möminlərdən soruşur, elə özü də cavab verirdi: “Bu çox asandır! Həmin evin damında onun quyruğu görünür - dəmir quyruğu! Şeytan quyruğunun adı isə - televiziya antenasıdır!” İbadətə gələnlər də vaizin inamla dediyi bu sözlərin müqabilində razılıqla başlarını tərpədirdilər. Axı o dövrdə kino və televiziya insanları sınağa çəkmək üçün, onları yoldan çıxararaq günahın dərin girdabına salmaq üçün, Tanrıdan üz döndərmələrinə nail olmaq üçün İblisin kəşf etdiyi, dövrəyə buraxdığı şeylər sayılırdı...
Bu yeni obrazı Cerriyə uzun müddət yoldaşlıq etmədi - arvadı onun yazışmaları arasında üzərində Dallasın ştampı olan bir sevgi məktubu tapdı. Belə çıxırdı ki, seminariya müdavimi Tanrı kəlamına yiyələnə-yiyələnə onun altıncı əmrinə riayət etmirmiş. Altıncı əmr isə deyirdi: “Zinakarlıq etmə!” Deyirlər ki, ruhaninin hörməti əbasının təmizliyindədir. Cerri Linin bioqrafiyasındakı bu zırpı ləkə bu minvalla onu geriyə - günaha, düz bugi-vuginin ağuşuna itələdi...
Xaçpərəstlərdə belə bir deyim var: “İblis əqidəsindən dönmüş ruhaninin vücudunda özünü daha rahat hiss edir”. Yazıq Cerri Li həmin vaxtdan etibarən başına nələr gəlmədi... Gəzəyən, arvadbaz kimi ad çıxardı. 1941-ci ilin modeli olan, haradasa təbiətin qoynunda, xəlvət bir yerdə saxladığı nəhəng “Ford”nun arxa oturacağında qızlarla min oyundan çıxdı. 1953-cü ilin avqustunda Doroti ərini kiminləsə eşqbazlıq eləyəndə tutdu. Boşanmaq üçün məhkəməyə ərizə verdi. Xəyanət faktı göz qabağında idi. Heç Cerri Li də bunu danmırdı, amma məhkəmə qanunla nəzərdə tutulduğu kimi, iki ay gözləməliydi. Cavan oğlan bu dəfə də möhkəm aşiq olmuşdu. Maşınında tutulan sevgilisinin isə adı Ceyn Miçam idi. O, hələ orta məktəbin sonuncu sinfində oxuyurdu. Cerriylə bazar günü keçirilən ibadət zamanı tanış olmuşdu. Artıq özünü ailə mükəlləfiyyətlərindən azad sayan Cerri Li Ceynin başını bişirib onu qonşu şəhərə getməyə razı salır və cavanlar orada kəbin kəsdirmək üçün yerli orqanlara müraciət edirlər. Beləliklə 18 yaşlı Cerri ikinci dəfə evlənir. Kəbin kağızında həm öz, həm də adaxlısının yaşına üç il əlavə edir - bu sahədə artıq təcrübəsi vardı. Evlənmələrini zamanı yetişənədək gizlin saxlamağa qərar verirlər və Ceyn heç nə olmamış kimi, evlərinə qayıdır. Sentyabrda ikinci məhkəmə olur, oğlan keçmiş arvadıyla rəsmən boşanır...
O vaxt Cerri Linin heç ağlına da gəlmirdi ki, bütün bu müddət ərzində o ikiarvadlı sayılırdı və bu səbəbdən onun ikinci nikahı əslində qanunsuz idi. İş elə gətirir ki, məhkəmədən sonra Cerri iş dalınca yaxın şəhərlərin birinə gedir və bir də iki aydan sonra qayıdır. Cavan ər-arvadın münasibətləri elə ilk gündən tarım idi. Tez-tez dalaşır, evdəki qab-qaşığı bir-birinin təpəsində qırırdılar. Əslində Cerridən narazı qalmaq üçün qızın bütün əsasları vardı. Amma indi də başlı-başına qalmış cavan gəlin, darıxır və yeni eşq macərası axtarmağa başlayır.
İlin axırında uşaqları olacaqdı. Cavanlar Cerrinin valideynləriylə bir yerdə, darısqal, narahat bir şəraitdə yaşayırdılar. Evlərindəki səs-küyə körpənin də səsi qarışanda vəziyyət lap dözülməz oldu. Kiçik Cerri Li Lüis 1954-cü ilin 2 noyabrında dünyaya gəldi. Gənc atanın musiqi sahəsində irəliləyiş əldə etmək istəyi hələlik real bir şeylə nəticələnmirdi...
İş elə gətirir ki, həmin vaxt Neşvil şəhərində məşhur müğənni Çet Atkinslə tanış olur və ondan yaxşı bir məsləhət eşidir: “Oğlan, qayıt evinizə, gitara çalmağı öyrən - royalla bir şey qazana bilməyəcəksən!” Evdə isə uğursuz musiqiçini yoxsulluq, nifrət, qorxu və şübhələr gözləyirdi...
Həmin dövrdə Tennesi ştatının Memfis şəhərində Sem Fillips adlı bir dicey dostundan borc götürdüyü pulla cəmi bir maqnitofonu olan balaca studiya açmışdı. Tamamilə doğrudur, düz tapdınız - söhbət Elvisi Elvis Presli edən Semdən gedir. Cibində iki dollar pulu olan istənilən şəxs onun studiyasına girərək iki saatdan sonra özünün bir nüsxədən ibarət orijinal valıyla çıxa bilərdi. Həmin studiyadan istedad deyilən şeydən bilmərrə xəbərsiz minlərlə adam keçmişdi, amma aralarında istedadlıları da olurdu. Yazıq Sem isə kasıbçılığı ucbatından çətinliklə qazandığı pulları heç vaxt belə istedadlara sərf edərək riskə getməzdi, qorxurdu.
Onun birinci riski elə Elvis olmuşdu. Ötən söhbətimizdə bu barədə müfəssəl danışdıq. Sem Elvisi daha böyük şirkətə satandan sonra nələri itirdiyinin fərqinə varmışdı. Bircə ildən sonra Elvis Presli çalışdığı studiyaya milyonlar qazandırırdı...
Amma sonrakı peşmançılığın hərdən faydası da olur. Hər halda Sem Fillips Elvisdən sonra ikinci şansını axtarmaqdaydı və özünə qəti söz vermişdi ki, bir də belə sarsaqlığa yol verməyəcək.
Həmin dövrdə bizim hekayətin baş qəhrəmanı isə yoxsulluq çəkir, gecə klublarında, barlarda çalaraq bir təhər dolanırdı. Bir müddət hətta alverə də girişdi - qapı-qapı gəzib tikiş maşınları satırdı. 1956-cı ilin martında ikinci övladı - Ronni də dünyaya gəldi. Tərs kimi, nə anasına, nə atasına oxşamırdı uşaq. Qısqanc, qəlbiqara Cerri də ondan imtina elədi. Uşağı saxlamaq üçün bibisinə verdilər. Onların birinci övladını da nənəsi böyüdürdü...
Amerikada rok-n-rollun təzə-təzə ayaq tutub yeriyən vaxtlarıydı. Yeni musiqidə maraqlı cəhətlər görən Cerri kömək üçün bu dəfə də atasına müraciət etdi. Atası bu dəfə də oğlundan yardımını əsirgəmədi. Kiçik fermasında topladığı yumurtaları yaxınlıqdakı supermarketdə satdıraraq 15 dollar pul yığdı. Cerri Li də bir balaca yığmışdı. Nəhayət sentyabr ayında ata-bala Memfisə yollandılar. Maşında bir gecə-gündüz yol getdilər, yataqxanada bir nəfərlik otaq tutdular - Cerri yatmağa pəncərədən dırmaşdı. Bütün gecəni gözlərini də yummayıb tanrıya dua etdi ki, günahlarından keçsin: söz verdi ki, uğur qazansa, onun adıyla bağlasın...
Səhər tezdən ata-oğul artıq “Sun Records” studiyasının qabağında durmuşdular, amma açılmasına xeyli vaxt qalırdı deyə, vaxt öldürmək üçün yaxındakı kafedə yüngülvarı səhər yeməyi yedilər. Nəhayət ki, studiyanın qapıları açıldı.
Səs texniki Cek Klement Cerrini o dəqiqə bəyəndi, bir neçə mahnı yazdı ki, Sem Fillipsə göstərsin və oğlana zəng çalacağına söz verdi...
Günlər, həftələr keçirdi, amma bir xəbər-ətər yox idi. Mister Fillipsdən səs-səmir çıxmırdı, “görünür mənim mahnılarım kimsəyə gərək deyil” - deyə, Cerri düşünür, dualarının tanrı tərəfindən qəbul edilmədiyini fikirləşirdi.
Amma sən demə Cerrinin duası artıq çoxdan yerinə çatmış, müstəcab olubmuş. Sadəcə, tanrının səbri nəhayətsizdi - nəyi nə vaxt necə düzüb-qoşacağını bir özü bilirdi və şəraiti münbitləşdirmək üçün Onun öz yolları vardı...
Cerri Linin bir xalası oğlu vardı - Cey Braun. Uşaqlıqda yaxşı gitara çalırdı, amma bu sənətlə ailəsini dolandıra bilmədiyindən elektrik işləyirdi. İş elə gətirir ki, onu günlərin birində elektrik cərəyanı möhkəm çarpır, az qalır ölə. Çalışdığı şirkət ona maaşını saxlamaqla, birillik məzuniyyət verir. Yanıqları sağalan kimi, Ceyin yadına musiqi düşür, dayısı oğlunu xatırlayır, onlara qonaq gedir və Memfisə gəlməyə razı salır. O özü Memfisdə arvadı və 13 yaşlı qızı Mayra ilə bir yerdə yaşayırdı. Bu adı unutmayaq, sonra karımıza gələcək...
Hadisələrin bundan sonrakı hissəsi artıq sürətlə davam edir. “Sun” studiyasına ikinci gəlişində Sem Fillips onları gülərüz qarşılayır. Sən demə Cerrinin ifasını çox bəyənibmiş, amma evsiz-eşiksiz bir adama pul xərcləmək istəməyib. İndi isə vəziyyət dəyişmişdi - artıq Cerri studiyanın lap yanında, daha mötəbər görünən, həm də musiqiçi olan qohumunun evində yaşayırdı. Onlardan bir qrup da düzəltmək olardı...
Sem Fillips Cerri Linin bir neçə həftə qabaq yazdırdığı mahnılardan birini seçib yerli radioya aparır. Milad bayramları üçün Cerri evlərinə dönəndə artıq əlində bir val da vardı, üzərində isə iri hərflərlə belə yazılmışdı: Cerri Li Lüis. Cibi də boş deyildi - Semdən üç yüz dollar avans almışdı.
Bəs necə olmuşdu ki, Sem Fillips adətinə rəğmən, Cerriyə pul xərcləməyə qərar vermişdi? Bunun izahı sadə idi. Semin Koreya davasından qayıdan kiçik qardaşı Cad adamtanıyan idi. Qardaşını da bu addıma məhz o həvəsləndirmişdi. Sem Fillips də dişini qıcayıb razılaşmışdı. Beləliklə, Cad Fillips və Cerri Lüisin üçlüyü Nyu-Yorka yollanır. Fillips qardaşlarının televiziyada böyük hörmətləri vardı - axı necə olsa, Elviz Preslini də onlar kəşf etmişdi.
İlk zəngi tanınmış şoumen Ed Sallivana etdilər. Cad özünə xas bir hərarətlə ona belə dedi: “Ed, sənə ikinci Elvisi gətirmişəm!” Ed Sallivan isə əsl amerikalı kimi, çığırdı: “Zibilini özünə saxla!” Bu qısa söhbətdən sonra dolayı yollarla getməyə məcbur oldular, mallarını prodüsserlərə göstərdilər. Bilavasitə təmasda Cerri böyük təsir bağışlayırdı, içində böyük, cazibəli bir enerji vardı...
Ed Sallivanın şousuna bir həftə sonra çıxdı. Prodüsser Cada bərk-bərk tapşırdı: “Onun qapısını kilidlə ki, bazar gününədək kimsəni görməsin!”
Nəhayət təyin olunan gün yetişdi. 1957-ci ilin 28 iyulunda Cerri Li zolaqlı futbol köynəyində mavi ekrana çıxıb mahnısını oxudu. Studiyadakı bahalı “Stenvey” royalını elə şövqlə döyəclədi ki, verilişdən sonra təmirçi çağırdılar. Musiqi zövqü başqa olanlar hiddətə gəlmişdilər, amma cavanlar heyran qalmışdılar: onların qarşısına çıxan müğənni istədiyi kimi geyinir, istədiyi hərəkəti edir, istədiyini oxuyurdu... Nə özünü əhəmiyyətli göstərmək üçün süni hərəkətləri vardı, nə də ekranda xuliqan təsiri bağışladığından sıxılan görkəmi. Televiziya ekranında, bütün Amerikanın gözü qabağında rok-n-rollun yeni ulduzu doğulurdu.
Artıq ertəsi gün Semin kontorundakı telefonlar susmaq bilmir, təkliflər dalbadal gəlirdi. Sem isə katibəsinə demişdi: “Kiçik zal - beş min; orta - on min; yekə - on beş min! Bundan az təklif edənlərlə danışma!”
Beləliklə Cerri Li Lüisin triosuna verilən qiymət bir saatda əlli dəfə artdı. Yeri gəlmişkən, bunu da deyək ki, Cerrinin ilk mahnısı “Whole Lotta Shaking” 6 milyon tirajla çıxaraq öz sinfində yer üzünün ən çox satılan valı oldu. Həmin andan etibarən Cerri Linin şöhrəti günbəgün artırdı və heç kəsin ağlına gəlməzdi ki, bunun nə vaxtsa bir sonu olacaq...
Amma bu şöhrətin də sonu vardı və onu çox gözləmək lazım gəlmədi. Cerrinin tərcümeyi-halını araşdıranlar hesablayıblar ki, şahlıq quşu onun başına qəfil qonduğu kimi də, qəfil uçub getdi. Cəmi 357 gün sürdü bu şöhrət - bir göz qırpımı qədər... 357 gündən sonra Cerri Lüisin adını çəkməməyə çalışırdılar - elə bil vətən xainiydi. Bəs nə baş vermişdi?
Sem Fillipsin studiyasına gedərkən etdiyi dualar yadınızdadır? Bax, Cerri həmin dualarına, daha doğrusu tanrının altıncı tapşırığına xəyanət etmişdi. Tanrı isə həmin tapşırığında belə deyirdi: Zina etmə!
Zinası başına dəysin, Cerrinin bu əməlində ağırlaşdırıcı hallar da vardı hələ.
Amma hər şeyi sırasıyla danışaq. Cerri triosunda işləyən yaxın qohumu Cey Braunun evində yaşayırdı. Qohum kimi, konsertlərdən aldığı pulun tən yarısını ona verirdi. Onun ilk uğurlarına ailəlikcə sevinirdilər. Xüsusilə də Ceyin 13 yaşlı qızı Mayranın uçmağa qanadı yoxdu. Cənubda nəinki insanlar, hətta alma da vaxtından qabaq yetişir - bunu bilirsiniz. Demək istəyirəm ki, Mayranın on üç yaşı olmasına baxmayaraq, artıq bir gül qönçəsiydi - açanda necə gözəl olacağını bəlli edirdi... Nə başınızı ağrıdım, Mayra bir könüldən, min könülə vuruldu Cerriyə. İndi gəl bu səmimi sevginin qabağında dur görüm, necə durursan...
Ha çalışdılar, hisslərini gizlədə bilmədilər ki, bilmədilər. Aləm bir-birinə qarışdı. Cerri Li Ceyin ayaqlarına düşüb and içdi ki, Mayra ilə ailə qurmaq istəyir, ölənə kimi onunla olacaq. Ceyin də vəziyyəti xoşagələn deyildi: münasibətlərin pozulması onun musiqiçi karyerasının sonu olacaqdı, həm də Mayranı fikrindən daşındırmaq heç asan deyildi...
Nə isə, bu dəfə də saxta sənədlərlə kəbin kəsdirdilər, toy çaldırdılar. Cerri Li təzə arvadına çəhrayı “Büik” bağışladı - xanımın ayaqları isə pedallara hələ çatmırdı. Maşını sürəndə polis onu addımbaşı saxlayırdı - elə bilirdilər kiminsə avtomobilini icazəsiz sürür. Sonra isə adət eləyib, əl çəkdilər.
Cerrinin İngiltərə qastrolu ərəfəsində Cad Fillips ona dedi ki, təzə ailəsi barədə kimsəyə danışmasa yaxşıdır; düzgün başa düşməzlər. Cerri isə anlamırdı: “Niyə danışmayım ki? Biz bir-birimizi sevirik...”
Üzü üzlər görmüş bir londonlu qəzetçi burnuna sensasiya iyi dəydiyindən, bu sirri çözməyə qarşı tərəfdən başladı - sadəlövh Mayraya girişdi. Mayra da qürurla atasının dayısı oğlu Cerri Linin arvadı olduğunu, özününsə artıq on beş yaşa çatdığını bildirdi. Memfisin polis idarəsinə göndərilən ilk sorğu onunla nəticələndi ki, Mayranın yaşı dəqiq aydınlaşdı - 13!
“Pozğun rok-n-rollçu özünün 13 yaşlı dayısı nəvəsinə evlənib!!!” Artıq növbəti konsertdə bütün zal Cerrini fitləyərək yerdən qışqırırdı: “Arvadına yellənən beşik almamısan? Arvadın hanı, onu bizə göstər!” Vəziyyət elə gərginləşdi ki, konsertləri təxirə salıb Amerikaya qaçmağa məcbur qaldılar. Amma orda da artıq məsələdən hali idilər.
“Luizianalı pozğun” barədə artıq bütün ölkə danışırdı...
Həmin gündən etibarən Cerri Lüis təsadüfi konsertlərlə kifayətlənməli oldu, janrını büsbütün dəyişdi. O artıq “kantri” üslubunda çıxış edirdi. Cerri Lüis öz adını bu biabırçılıqdan təmizləmək üçün on il ömür sərf etdi, yer üzündəki cəhənnəmin səkkiz bucağını gördü, sevimli Mayrasını itirdi...
Onun böyük səhnəyə qayıdışı yalnız 60-cı illərin axırlarında baş tutdu. Amma keçmiş şöhrəti onun yaddaşına bir şirin yuxu kimi, əbədilik həkk oldu...

1507