Ötən ay 11 nəfər  suda batıb
04 avqust 2025 16:27 (UTC +04:00)

Ötən ay 11 nəfər suda batıb

2025-ci ilin iyul ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhərində yerləşən çimərliklərdə baş verən sudaboğulma hadisələri ilə bağlı ümumilikdə 21 müraciət (5-i qadın, 16-sı kişi) daxil olub.

Bu barədə Lent.az-a laraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, daxil olan çağırışlar əsasında təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb olunub.

Hadisələr nəticəsində Bakı şəhəri üzrə 11 nəfər sudaboğulma diaqnozu ilə tibb müəssisələrinə təxliyə olunub. 3 nəfərə isə yerində tibbi yardım göstərilib. 7 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

Eyni zamanda Qəbələ, Zaqatala, İmişli, Ağdaş, Saatlı və Sumqayıt üzrə sudaboğulma ilə bağlı müraciətlər qeydə alınıb. Müraciətlər əsasında 4 nəfər tibb müəssisələrinə təxliyə edilib. 1 nəfərə yerində yardım göstərilib. 6 nəfərin isə (5-i kişi, 1-i qadın cinsli olmaqla) sudaboğulma nəticəsində həkiməqədər ölüm faktı qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 268

Oxşar yazılar