"5 il ağır depressiyadan sonra  özümü dəyişdim" - Samirə Əliməryəm
01 avqust 2025 13:33 (UTC +04:00)

"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm

Müğənni Samirə Əliməryəm uzun müddət sənətdən uzaqlaşmasının səbəbini açıqlayıb.

Lent.az xəbər verir ki, "Efirdən kənar" proqramında 2014-cü ildə sənətdən uzaqlaşmasından danışıb. O bildirib ki, həyatında ağır günlər yaşayıb:

"Depressiya 5 ildən çox davam etdi. İçimdəki boşluqla, nəyisə qəbul etməməyimlə, neqativlərlə, nəfsimlə mübarizə apardım. Sanki bir anlıq yerə çırpıldım. Yenidən ayağa qalxdım. Artıq həyatı, insanları başqa rakursdan görüb qəbullanmağa başladım. İllər əvvəl nəyisə qəbullanmırdım. Fəlsəfi söhbətləri oxuduqdan, anladıqdan sonra bildim ki, hər şeyi qəbul edib, təşəkkür edib buraxmaq lazımdır.

Mübarizəyə son qoydum. Özüm özümü dəyişdirdim. Bir yerdə özünə qarşı neqativ görürsənsə, məkanı və insanı dəyişdirmə. Özünü dəyişdir və onlardan uzaqlaş. Sənətdə idim, amma mənə çətin idi".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar