Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Lent.az Apasport.az-a istinadla xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibi dəqiqləşib.
Ağdam təmsilçisinin “Şkendiya” ilə duelinin qalibi “Lüdoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsünə rəqib olacaq.
Hər iki komanda "Qarabağ" üçün tanışdır. Azərbaycan təmsilçisi 2024/25 mövsümünün Çempionlar Liqasının III təsnifat mərhələsində "Lüdoqorets"lə qarşılaşıb. "Köhlən atlar" iki oyunun nəticəsinə görə rəqibini 8:4 hesabı ilə mübarizədən kənarlaşdırıb.
2023/24 mövsümündə ağdamlılar Avropanın ən nüfuzlu klub yarışının eyni mərhələsində "Ferentvaroş"la üz-üzə gəlib. Komandamız burada da mərhələni keçən tərəf olub - 4:2.
Qeyd edək ki, bu mərhələnin oyunları avqustun 19-20 və 26-27-da keçiriləcək.