Mətanət İsgəndərli: “O qədər paxıldır ki, hər şey onun üçün olsun”
09 mart 2011 14:07 (UTC +04:00)

Mətanət İsgəndərli: “O qədər paxıldır ki, hər şey onun üçün olsun”

Müğənni Lent.az-a açıqlamasında belə insanların olduğunu söyləyib: “Adını çəkməyəcəyəm, amma mənim də sənətdə pis münasibətdə olduğum insanlar var. Rəqabətdə olduğum müğənnilər var. Adam var, o qədər paxıldır ki, istəyir hər şey onun üçün olsun. Ya da elə paxıllar var ki, artıq onda xəstəlik formasındadır. Hər şey qədərində olmalıdır. O adam heç kimin xoşuna gələ bilməz!”


Müğənni özünün paxıllıq hissindən uzaq olduğunu deyib: “Sənəti olan insan oxuya bilirsə, istedadı varsa, paxıl ola bilməz. Mən istedadlı insanlara heyran qalıram. Allah ona istedadı verib, niyə paxıllıq edim? Biri var, səni şeytan oxuda, bir var, mələk... Oxuyur, görürsən, ürəkdən gəlmir. Amma ürəkdən oxuyan insan paxıl ola bilməz, ürəklərə yol tapa bilməz”.

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189

Oxşar yazılar