“Xəzər” televiziyası: “Türkiyə bəyəm Böyük Britaniyadan icazə alıb çəkib bu serialı?”
Televiziyanın Proqramlar Departamentinin redaktoru, eyni zamanda “Aramızda qalsın” serialında Kənan rolunun ifaçısı Ramal Hüseynov APA-ya açıqlamasında bildirib ki, “Aramızda qalsın” serialının Türkiyənin “Çocuklar duymasın”la heç bir əlaqəsi yoxdur: “Biz hesab edirik ki, iki serial arasında ilk baxışdan oxşarlıq olsa da, istər ssenari, istər hadisələr baxımından tam fərqlidirlər. Birol Güvəndən, eləcə də “Çocuklar duymasın”ın istehsalçılarından bizə nə rəsmi, nə də qeyri-rəsmi bir müraciət daxil olub. Belə hal baş verərsə, “Xəzər” televiziyasının rəhbərliyi də lazımi addım atacaq”.
Televiziya rəsmisi qeyd edib ki, bu cür layihələr yalnız Türkiyədə deyil. “Çocuklar duymasın”ın Türkiyəyə deyil, Böyük Britaniyaya məxsus olduğunu deyən R. Hüseynov, Türkiyənin bu serialı ölkəyə uyğunlaşdırıb istehsal etdiyini vurğulayıb: “Türkiyədə bu serialı ailə dəyərlərinə, ənənələrinə uyğunlaşdırıblar. “Star” televiziyasında yayımlanan “Küçük sırlar” serialı isə Amerikadan götürülüb. Axı “Çocuklar duymasın” layihəsi Türkiyənin layihəsi deyil ki, biz onlara xəbərdarlıq edək, icazə alaq. Türkiyə bəyəm Böyük Britaniyadan icazə alıb çəkib bu serialı? Bunu Rusiya da edib, Türkiyə Rusiyanı məhkəməyə verdi? Öncə bunları dəqiqləşdirmək lazımdır”.
O, televiziya serialının ərsəyə gəlməsinə böyük zəhmət çəkildiyini deyib: “Qaldı Birol Güvənin iddiasına, serialın yayımının dayandırılmasından söhbət belə gedə bilməz və “Aramızda qalsın”ın nümayişi davam edəcək”.
Xatırladaq ki, Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb. B. Güvən Türkiyə mətbuatına vəkillərinə bu barədə təlimat verdiyini bildirib.

1583