8 ölkənin “Eurovision” təmsilçiləri müəyyənləşib
Lent.az-ın itv.az-a istinadən məlumatına görə, Serbiya ictimaiyyəti Krsitina Kovakın “Karoban” mahnısını daha çox bəyənib və bu mahnını Avropanın məşhur şousunda Nina ifa edəcək.
Latviyanı təmsil edəcək iştirakçı və mahnı da məlum olub. Məşhur bir musiqi qrupunun ifasında təqdim olunacaq “Angel in Disguise” mahnısıdır. Latviya mayın 12-də baş tutacaq ikinci yarım finalda çıxış edəcək.
Danimarkada isə 3 mərhələli səsvermədən və çətin mübarizədən sonra ölkəni Düsseldorfda təmsil edəcək iştirakçının və mahnının adı açıqlanıb. Belə ki, 2011-ci ildə Düsseldorfda Danimarkanı A Friend in London “New Tomorrow” mahnısı ilə təmsil edəcək.
Ukrayna milli seçim turu canlı olaraq keçirilib və burada 10 istedadlı müğənni yarışda Ukraynanı təmsil etmək uğrunda mübarizə aparıb. 3 saatlıq həyəcan dolu şou proqramdan sonra tamaşaçılardan və peşəkar münsiflərdən ən çox xalı Mika Newton alıb. O, 2011-ci ildə Ukraynanı “Angel” mahnısı ilə təmsil edəcək.
Moldova isə 2011-ci ildə “Eurovision” Mahnı Müsabiqəsinə “Zdob şi Zdub” qrupunu göndərəcək. Onlar öz ölkələrini Düsseldorfda “So Lucky” mahnısı ilə təmsil edəcəklər. Bu mahnı etnik elementlərlə zəngin olan çox şən və güclü mahnıdır.
Estoniyanı 56-cı “Eurovision” yarışmasında təmsil edəcək iştirakçının da adı məlum olub. Bu, Getter Caanidir. Bu yarışmada Makedoniyanı isə Vlatko İlievski təmsil edəcək. Və nəhayət Sloveniyanın da nümayəndəsi bəlli olub. Bu, Maja Keucdir.
Lalə

588