İlhamə Quliyeva: “İrina Alleqrova ilə eyni teatrda işləmişik”
“Mən o konsertdə heç vaxt ola bilmərəm. Torpaqlarımız 20 ildir, düşmən tapdağı altındadır. Vicdanım yol verməz ki, o konsertə gedim. Bir halda ki konsertin iştirakçıları İqor Krutoy, Filipp Kirkorov, Alleqrova ermənidir. İrina Alleqrova 30 il öncə mənimlə bərabər Rəşid Behbudov adına Mahnı Teatrında işləyib. Həmin Alleqrovadır! Bir dəfə də eşitmədim, televiziyada, radioda desin ki, Azərbaycanın çörəyini yeyib, suyunu içib, havasını udub. Behbudov kimi dahinin yanında işləyib. Necə olur ki, Azərbaycanı saymaya-saymaya gəlib bizim səhnədə konsert verir? Çox ayıb olsun!”
Bunları Lent.az-a açıqlamasında Azərbaycanın xalq artisti İlhamə Quliyeva deyib. Sənətçi bu günlərdə Heydər Əliyev Sarayında konsert verəcəyi gözlənilən rus müğənnilərinin Bakıya gəlməsinə etiraz edib.
Qeyd edək ki, Rusiyanın tanınmış bəstəkarı İqor Krutoy, eləcə də müğənnilər Lara Fabian, Filipp Kirkorov, Aleksandr Serov, Valeriy Leontyev, Layma Vaykule, Kristina Orbakayte və İrina Alleqrova bu gün axşam Bakıya gələcəklər. Rusiyanın tanınmış simalarının Azərbaycana səfərində məqsəd martın 2-də Heydər Əliyev Sarayında keçiriləcək İqor Krutoyun yaradıcılıq gecəsində çıxış etməkdir.
Lalə

1092