Müğənni Yeganə ana oldu
Fevralın 26-da Türkiyə xəstəxanalarının birində müğənninin oğlu dünyaya gəlib. Lent.az-ın məlumatına görə, 8 aylıq doğulan uşağın çəkisi 2 kq 800 qramdır. Ana və körpə özlərini yaxşı hiss edir. Onların bu gün xəstəxanadan çıxacaqları gözlənilir. Yeganə və onun həyat yoldaşı Fateh ilk övladlarının adını Ömər qoyublar.
Yeganə bildirib ki, ana olduğuna görə, özünü dünyanın ən xoşbəxt insanı hesab edir: “Ana olmaq böyük bir xoşbəxtlikdir. Bu müddət bir az çətin keçsə də, səhhətimdə problemlər yaransa da, hər şey yaxşı qurtardı. Allaha şükür edirik ki, oğlumuz dünyaya gəlib. Fateh sevincindən nə edəcəyini bilmir. Onun otağının qapısına Ömərin adını yazdırıb. Bu günü hamıya arzulayıram”.
O ki qaldı müğənninin Bakıya gəlməsinə, o, hələ bu barədə düşünmür: “Uşaq hələ çox balacadır. Ancaq üç ayı tamam olandan sonra Bakıya gəlməyi düşünürəm”.
Banu

1199